Putinin atəşkəslə bağlı üç yolu vardı: o, 3-cünü SEÇDİ

Ukrayna ilə 30 günlük atəşkəs razılaşması təklifinə qarşı Vladimir Putinin üç yolu var idi: təklifi qəbul etmək; onu rədd etmək; danışıqları uzatmaq.  “The Telegraph” qəzeti Putinin 3-cü yolu seçdiyini yazıb. Müharibəni bitirəcəyinə söz verməklə Putin Trampla yaxşı münasibətdə qalmağa ümid edir. Nəşr qeyd edir ki, onun müzakirə edilməli “nüanslar” haqqında […]

Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda  səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi […]

Azərbaycan neftinin qiyməti 74 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları, yaxud 1,09 % azalaraq 73,21 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 71,39 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]

Premyer Liqa: XXVII turun açılış oyununda “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək

Futbol üzrə Misli Premyer Liqasında XXVII tura bu gün start veriləcək. Günün yeganə oyununda “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da “Liv Bona Dea Arena”da start götürəcək. Naxçıvan təmsilçisi 46 xalla üçüncü, qonaqlar 27 xalla yeddinci pillədə qərarlaşıb. Misli Premyer Liqası III dövrə, XXVII tur 14 mart 19:00. “Araz-Naxçıvan” […]

Bakının bir sıra yollarında tıxac müşahidə edilir

Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Heydər Əliyev prospekti, əsas yol, […]

Yanğından 3 gün sonra da təhlükə yaranıbmış – DTX-də cinayət işi açıldı

Bakıda Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətnin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu il martın 5-də Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə […]

Yaxın zamanda tələbə təqaüdlərinin artması GÖZLƏNİLİR

Demək olar ki, hər il yanvar ayında tələbə təqaüdləri artır. Lakin artım bu il olmadı.Nəzərə alsaq ki, hər il istər qida, istərsə də nəqliyyat xərcləri artır. Bu da öz növbəsində tələbələrin narazılığına səbəb olur. Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova qeyd edib ki, ölkə Prezidenti İlham […]

Prezidentin köməkçisi: Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var

Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib. O bildirib ki, hazırda Azərbaycanın coğrafi baxımdan yaxın olduğu Yaxın Şərqdə də məlum hadisələr baş verir. “Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirmək xarici siyasətimizin […]