May ayının ilk gününə olan hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm […]
Azərbaycanda distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib. Yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir. Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin […]
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda […]
İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq […]
Hərbi xidmətdən yayınanlara xəbərdarlıq – Cərimələr sərtləşdirildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib. Dövlət Xidmətindən verilən xəbərə görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma […]
Dəkkə Azərbaycanın Banqladeşdə diplomatik nümayəndəliyinin açılmasına ümid edir
Banqladeş Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyinin açılmasında maraqlıdır. Bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Caşim Uddin Azərbaycanla XİN-lərarası siyasi məsləhətləşmələrin ikinci raundu zamanı bildirib. Azərbaycan tərəfindən görüşdə xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib. “Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ediblər. Siyasi, iqtisadi, mədəni və çoxtərəfli […]
Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,41 % azalaraq 66,26 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 64,35 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq turnirinə start verilir
Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək. “Report”un yarışa ezam olunan əməkdaşının məlumatına görə, reqatada 20 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq. Turnir Qarabağın dilbər guşəsi olan Suqovuşanda başlayacaq. Burada ilk olaraq beynəlxalq reqatanın açılış mərasimi, ardınca 200 metr məsafəyə yarışlar baş tutacaq. […]
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.Terror hadisəsindən 16 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci […]
Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür.XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və […]