Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 iyul saat […]
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq
İran İsrailin hücumlarının davam etməsi fonunda ABŞ ilə danışıqlar aparmayacaq, lakin onun İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrə cavab verəcək. Bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtri Rəvançi bildirib. O, ölkənin nüvə obyektlərinə son hücumları belə şərh edib: “İsrailin ABŞ-nin dəstəyi ilə bizə hücum etdiyi […]
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bu barədə məlumat yayıb. Nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının […]
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib
İran Silahlı Qüvvələrinin yeni rəhbəri general-mayor Əmir Hatəmi bəyan edib ki, ölkəyə endirilən zərbələrə görə ABŞ-yə qətiyyətli cavab veriləcək. Bu barədə “The Times of Israel” İran mediasına istinadən bildirib. O qeyd edib ki, İran əvvəllər də “qətiyyətli cavab” verib və bundan sonra da müqavimət göstərməyə davam edəcək.
İsrail Kirmanşahdakı hərbi hədəflərə zərbələr endirir
İsrail Hərbi Hava Qüvvələri İranın qərb hissəsində yerləşən Kirmanşahdakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Hazırda İsrail Hərbi Hava Qüvvələri Kirmanşahdakı hərbi infrastruktur obyektlərinə zərbələr endirir”, – məlumatda bildirilib.
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb – YENİLƏNİB
İsmayıllı rayonunda bir müddət əvvəl oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib. APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdi. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. *** İsmayıllıda oğul atasını bıçaqlayıb. Hadisə rayonun Talıstan kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü […]
Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” […]
Bir qrup dövlət qulluqçusu təltif edilib – SƏRƏNCAM
Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləƏliyev Niyaz Novruz oğlu Səlimov Rauf Ağaməmməd oğlu “Tərəqqi” medalı iləAbbasova Yeganə İzzət qızı Abdullayev Dəyanət Qurbanəli oğlu Baxşəliyeva Validə Hüseyn qızı Əliyev Gülağa Əlisa […]
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib – SƏRƏNCAM
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyev vəzifəsindən azad edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, 2010-cu ildən icra başçısı olan M.Şəkiliyev ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, vəzifə cinayətlərində şübhəli bilinir.