Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları, yaxud 0,32 % azalaraq 80,08 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,66 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir.Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
BİZİM TƏQVİM: 24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR
24 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli bayrağı 1918-ci ilin 9 noyabrında qəbul olundu. Bəs, iyunun […]
Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə […]
İranın Baş Qərargah rəisi: ABŞ-nin hücumuna uyğun şəkildə cavab verəcəyik
ABŞ-nin İran ərazisinə hücumu böyük səhv idi. Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib. “Biz onun nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişik. Buna mütənasib şəkildə cavab verəcəyik”, – o qeyd edib. O, ABŞ Prezidenti Donald Trampın İrana hücum qərarı ilə bütün beynəlxalq qanunları pozduğunu bildirib.
Zaqatalada Talaçay çayından sel keçib, mühafizə bəndi qəzalı vəziyyətə düşüb
Zaqatalada Talaçay çayında sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb. Güclü yağışlar nəticəsində Talaçay çayında suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb. Sakinlər bildiriblər ki, həmin bənd 1980-ci illərdə inşa edilib və istismar müddəti artıq başa çatıb. Zaqatala Su […]
UFC əfsanəsi Bakıya heyran qalıb: “Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var”
Mütləq Döyüş Çempionatının (UFC) Şöhrət Zalının üzvü, keçmiş orta çəki üzrə çempion və şərhçi Maykl Bispinq Bakı haqqında danışıb. O, şəxsi yutub kanalında şəhər barədə təəssüratlarını bölüşüb. UFC əfsanəsi Azərbaycan mətbəxinə heyran qaldığını bildirib, kabab və düşbərəni xüsusi qeyd edib. O, həmçinin Bakı küçələrinin təmizliyini və insanların mehribanlığını vurğulayıb. Bispinq […]
Sabirabadın 17 kəndində qaz təchizatı dayandırılacaq
Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır. Bu […]
Azərbaycan XİN Suriyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən terror aktını pisləyib. Bu barədə xarici siyasət idarəsi “X” hesabında paylaşım edib. “Qurbanların ailələrinə və əsassız zorakılıq aktından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Suriya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birliyin vacibliyini vurğulayırıq”, […]
Prezident İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.