Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Qlobal enerji bazarındakı qiymət dalğalanmaları nəticəsində Azərbaycanın maliyyə axınlarında və investisiya cəlbediciliyində ciddi artım və ya azalma gözlənilmir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “CNN Business Arabic”ə dünya bazarlarında neftin qiymətinin artıb-azalmasının təsiri ilə bağlı danışarkən deyib. Nazir qeyd edib ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişaf strategiyalarını enerji qiymətlərinin […]

Peşə təhsilinə cəlb edilmiş məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq

Peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi üzrə mexanizm hazırlanacaq. Bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub. Plana əsasən, peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sistemi yaradılacaq. […]

Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb olunub

Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb edilib. Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur. Polis əməkdaşları Binəqədi rayonunda həyata keçirilən daha bir […]

Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilirlər: […]

Deputatlar tətilə çıxır – Sonuncu plenar iclasın TARİXİ

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub. Sessiyanın sonuncu iclasının iyulun 8-də baş tutacağı gözlənilir. Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib.  Azərbaycan Respublikasının Milli Məclisi hər il iki əsas növbəti sessiya keçirir:  Yaz sessiyası – 1 fevraldan 31 mayadək davam edir.Payız sessiyası – 30 […]

Bakı metropoliteni yay hərəkət qrafikinə keçib

Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib. Bu barədə “Bakı Metropoliteni” QSC” məlumat yayıb. Bildirilib ki, yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir. İş günlərində “28 May-Əhmədli” sahəsində […]

Azərbaycan nefti 8 dollara yaxın ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,12 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

16 yaşlı qızı qaçıran axund İŞDƏN ÇIXARILDI

16 yaşlı qızı qaçıran Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən məscidin imam müavini Turab Tahirov işdən çıxarılıb. Müvafiq əmr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tərəfindən imzalanıb. Məlumatı Komitənin mətbuat xidməti də təsdiqləyib. Qurumdan verilən açıqlamada bildirilir ki, Turab Tahirovun vəzifədən azad olunması barədə əmr “İslam dininə […]