Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu göndərib. Mətndə deyilir: “Hörmətli xanım Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər […]
Xarici KİV: Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib
Son on ildə Azərbaycan əsas geostrateji oyunçu kimi özünü təsdiqləyib. Bu barədə Almaniya nəşri “Berliner Zeitung”un analitik materialında deyilir. “Son on ildə Bakı özünü mühüm geostrateji oyunçu kimi göstərib. Söhbət təkcə neft və qazdan getmir. Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib – hətta Avropa İttifaqı (Aİ) və NATO Bakını “etibarlı tərəfdaş” […]
Rusiya Kiyevə zərbə endirib, xəsarət alanlar var
Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Kiyevə gecə saatlarında hava hücumu nəticəsində 8 nəfər, o cümlədən bir uşaq yaralanıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Onların məlumatına görə, Rusiya bu gecə Ukraynaya “Shahed” tipli zərbə PUA-ları və raketlər buraxıb. Kiyevdə hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının pəncərələri zədələnib. Yaralananlar qəlpə yaraları […]
Litva Ukraynaya “Patriot” sistemləri üçün 30 milyon avroyadək vəsait ayıracaq
Litva Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünə töhfə verməyə hazırdır və bu məqsədlə 30 milyon avroyadək maliyyə ayırmağı planlaşdırır. Bu barədə Litvanın müdafiə naziri Dovile Şakalyene “Facebook” səhifəsində məlumat verib. Şakalyene ABŞ prezidenti Donald Trampın NATO üzrə müttəfiqlərin maliyyə dəstəyi hesabına Ukraynaya Amerika istehsalı silahların verilməsi qərarını dəstəklədiyini bildirib.
Bakının bəzi yollarında sıxlıq var
Bakının bəzi əsas yollarında sıxlıq var. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər […]
Ölkəmizə dəymiş zərər 150 milyard dollara yaxındır
“Hazırda Ermənistan tərəfindən Azərbaycana kompensasiya ödənilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının müzakirə mövzusu deyil”.Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. Eyni zamanda o, Azərbaycan tərəfinin ölkəmizə dəymiş ziyanın müvafiq qiymətləndirməsini həyata keçirdiyini açıqlayıb: “Burada söhbət bir dövlətin məsuliyyətindən […]
Prezidentin köməkçisi Bakının Rusiya-Ukrayna danışıqları üçün platforma olacağı məsələsinə münasibət bildirib
“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”. Bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman […]
Pezeşkian: Qonşu ölkələr, eləcə də Azərbaycanla əlaqələri möhkəmləndirmək İran üçün prioritetdir
İran hakimiyyəti xarici siyasətdə qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahilində yerləşən dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir. Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb. Bu barədə APA-ya Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Bazar gününün havası açıqlanıb
Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm […]