Ukraynada sabiq spikerin qətlində şübhəli bilinən şəxs saxlanılıb

Ukrayna Ali Radasının sabiq spikeri Andrey Parubinin qətlində şübhəli bilinən şəxs saxlanılıb. Zəruri istintaq tədbirləri davam etdirilir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat yayıb. “Ukraynanın daxili işlər naziri İqor Klimenko və Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk, Andrey Parubinin qətlində qətldə şübhəli bilinən şəxsin saxlanılması barədə məlumat verdilər”, […]

Prezident Çinə getdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfərə gedib.Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının Sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi […]

Taksilərin qiyməti artıb?

Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırdığı deyilir. Bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, “Uber” şirkətində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 4, “Bolt” şirkəti üçün isə 3,50 AZN olub. Qeyd edək ki, daha əvvəl ən yaxın ünvana minimum gediş haqqı 2,50 AZN təşkil […]

Sabah 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi […]

Bakı-Ağdam qatarına biletlər 3 gün ərzində satılıb

32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb. Avqustın 27-də  satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb. Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var.  Müasir “Stadler” qatarı bu gün saat 7:10-da Bakıdan Ağdam istiqamətində hərəkətə […]

Qriqoryan İranda Laricani ilə görüşdü

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib.   Bu barədə “Təsnim” informasiya agentliyi məlumat yayıb. Qeyd edilib ki, səfər çərçivəsində A.Qriqoryan bu ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb. Görüş zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Azərbaycan nefti yenidən bahalaşıb

Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,63 % artaraq 68,24 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət […]

Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

Bu gün Misli Premyer Liqasının III turunda daha iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Zirə” evdə “Kəpəz”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və Kamranbəy Rəhimovun idarə edəcəyi matça saat 18:00-da start veriləcək. Günün sonuncu görüşü “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” və “Qəbələ” arasında baş tutacaq. Elçin Məsiyevin idarəçilik edəcəyi […]