Sentyabrın 16-da Azərbaycanda havanın yağışlı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə […]
“Əhalinin sağlamlığının qorunması haqqında” yeni qanun layihəsi hazırlanır
“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun yenidən işlənməsinə ehtiyac var. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib. “Bu qanun 20 ildən çoxdur ki, qəbul edilib, yenidən işlənməsinə ehtiyac var. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə birgə fəaliyyətimiz davam edir. Çox güman ki, yeni qanun qəbul […]
Prezident Badarada sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.
Azərbaycan Prezidenti Xocalı rayonunun Daşbulaq kəndində olub
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olub. Dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verilib. Qeyd edək ki, bu kənd də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulması işləri icra olunub. Uzunluğu 20 […]
Türkiyə XİN Azərbaycanı təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və ehtiramla yad edirik”,- məlumatda […]
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Azərbaycanın daha üç güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq. Qadınlardan Günay Qurbanova (59 kq), sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97 kq) xalça üzərinə çıxacaqlar. Bundan əlavə, bu gün digər iki sərbəst güləşçi medal qazana bilər. Osman Nurməhəmmədov (92 kq) bürünc medal […]
Bu gün Azərbaycanda Bilik günü qeyd olunur
Bu gün Azərbaycanın təhsil müəssisələrində Bilik günü qeyd olunur. Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən tədris ili 15 sentyabr 2025-ci il tarixində başlayacaq, 14 iyun 2026-cı il tarixində başa çatacaq. Yeni tədris ilində təhsilalanlar ümumilikdə 2,2 milyon nəfər təşkil edəcək Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif […]
Bilik Gününə tıxacla başladıq
Bu gün 15 sentyabr – Bilik Günü ilə bağlı Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd […]
Xocalı rayonu Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb
“Böyük Qayıdış” planına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonun daha bir yaşayış məntəqəsinə, Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilir. “Report”un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə 67 nəfər, köçürülür. Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti […]
Yeni tədris ilində ilk dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq
2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edək ki, sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.