Bazar günü temperatur enəcək, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]

Naxçıvanın dövlət qurumlarının rəhbərləri dekabrda vətəndaş qəbulları keçirəcəklər

Naxçıvan Muxtar Respublikası (MR) dövlət qurumlarının rəhbərləri dekabr ayında vətəndaş qəbulları keçirəcəklər. Qəbullar bölgələrdə əhalinin müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ həllinə nail olunması və dövlət-vətəndaş ünsiyyətinin daha səmərəli qurulması məqsədi daşıyır. Qəbul qrafikinə uyğun olaraq, rəhbər şəxslər ay boyunca Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək […]

Rusiyanın Ukraynanın Donetsk vilayətinə zərbələri nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb

Rusiya ordusunun son sutka ərzində Ukraynanın Donetsk vilayətinə hücumu nəticəsində iki nəfər ölüb. Bu barədə Ukrayna KİV Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Rusiyanın endirdiyi zərbələr nəticəsində daha üç nəfər yaralanıb.

Yol polisi əhaliyə xəbərdarlıq etdi

Sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır nəticəli qəzaların əsas səbəblərindən biridir.Bu barədə Baş Dövlət Yol Polisinin müraciətində deyilir. Qeyd olunur ki, nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəza növünün əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz […]

Emin Əmrullayev Gürcüstanda görüşlər keçirib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində elm və təhsil naziri sözügedən universitetlərin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, eyni zamanda […]

Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.41 ABŞ dolları və ya 0.62% artaraq 66.95 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.54 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 […]

Azərbaycanlı aktyor Hollivudda Kameron Diaz və Benisio Del Toro ilə birgə filmə çəkiləcək

Azərbaycanlı aktyor Eldar İsgəndərov Grant Singerin çəkəcəyi “Reenakt” adlı filmin aktyor heyətinə qoşulub. O, Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi Hollivud ulduzları ilə tərəf müqabili olacaq. Filmin süjeti ilə yanaşı Eldar İsgəndərovun rolu da gizli saxlanılır. Filmin çəkilişlərinin bu ilin sonlarında Los-Ancelesdə aparılması planlaşdırılır. Qeyd edək […]

Binəqədidə obyektdə partlayış

Paytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib. Bu barədə Baku.ws məlumat yayıb.  Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb. Hadisə şahidlərinin bildirdiklərinə görə, partlayış zamanı xəsarət alanlar var. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb […]

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

“Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qaydalara əsasən, kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi (onun yazılı razılığı ilə istifadəçisi və ya icarəçisi) (sifarişçi) Bakı şəhərinin, […]