Məcnun Məmmədova iki yeni müavin təyin edilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb. Yeni müavinlər, Seymur Səfərli və Zaur Əliyevdir.S.Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur. O, uzun illər […]

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Yanvarın 28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Suriyanın şimalında silahlar susur: Türkiyə prosesləri izləyir, İsrail riskləri ölçür – TƏHLİL

Suriyanın şimalında son aylarda müşahidə olunan proseslər klassik hərbi qarşıdurma məntiqindən çıxaraq daha mürəkkəb, çoxqatlı və uzunmüddətli siyasi transformasiya mərhələsinə daxil olunduğunu göstərir. Bu mərhələni nə ani hakimiyyət dəyişikliyi, nə də açıq hərbi qələbə və ya məğlubiyyət kimi xarakterizə etmək mümkündür.Əksinə, regionda on ildən artıq müddətdə formalaşmış paralel silahlı və […]

Hakimimiz Avropa Liqasının oyununu idarə edəcək

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb. O, Danimarkada yerli “Midtyullann” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VIII turunun oyununu idarə edəcək. E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qeyd edək ki, “Midtyullann” – “Dinamo” […]

Pərvanə İsmayılova vəfat etdi

Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını dəyişib. Mərkəzin maliyyə departamentinin regional mühasibatlıq şöbəsinin 2-ci mühasibatlıq bölməsinin mühasibi Pərvanə İsmayılova vəfat edib. Onun ağır xəstəlik səbəbindən öldüyü deyilir.(Oxu.az)

“O iynənin çox pis fəsadları var, mən də vurdurmuşdum”

Aparıcı Afaq Gəncəli bir neçə gün əvvəl yayılan videosundan danışıb. O, Axşam.az-a açıqlamasında plastik əməliyyat etdirdiyini deyib. O bildirib ki, əməliyyatı bir il əvvəl edib: “Üz əməliyyatım bir il əvvəl olub. Hər zaman əməliyyata açıq insanam. Ehtiyac görsəm gedəcəyəm. Bu gün beynimə vurdu sabah əməliyyatdayam. Düşünmədən edirəm. Mənim üçün rahatdı, […]

Bayram günü olsa da, işləyəcəyik

Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tirajlanir. Sahəsinin peşəkarı olmayan şəxslər tərəfindən Əmək Məcəlləsindəki dəyişikliklərlə bağlı izahlar, şərhlər təqdim olunur və ən pisi də insanlar tərəfindən doğru qəbul edilib təşəkkür edilir.  Bu sözləri İnsan resursları üzrə mütəxəssis, Əmək qanunvericiliyi sahəsində 10 kitab müəllifi Nüsrət Xəlilov deyib. O, mediada […]

“WhatsApp”da sərt qaydalar olacaq

Avropa İttifaqı (Aİ) “Meta” şirkətinə məxsus “WhatsApp” tətbiqini daha sərt tələblərin tətbiq olunduğu “Çox böyük onlayn platforma” kateqoriyasına daxil edib. Bu barədə Aİ Komissiyası rəsmi açıqlama yayıb. Bildirilib ki, “WhatsApp” Aİ ölkələrindəki istifadəçi sayı 45 milyon həddini keçib və bu səbəbdən tətbiq Rəqəmsal Xidmətlər Aktı çərçivəsində xüsusi nəzarət altına alınıb. […]

MN-in Tibbi Sənədlər Arxivinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisinin məhkəməsi başlayıb

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin məhkəməsi başlayıb. Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesdə məlum olub ki, Ruhin Tağıyevin müqavilə əsasında tutduğu vəkil […]

Sabah hava yağıntılı olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 […]