Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib. Milli.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil vəfat edib. Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən […]
“Elə bilirdiniz, polietilen torbalar sizə havayı verilirdi?” – AÇIQLAMA
“Elə bilirdiniz ki, marketlərdəki polietilen torbalar bu günə qədər havayı verilirdi? Xeyr, elə şey yoxdur”. Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab edilən torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür: “Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan […]
Vilayət Eyvazov onu DYP rəisi TƏYİN ETDİ
Daxili işlər orqanlarında yeni təyinat olub. Dogrusoztv.az xəbər verir ki “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Məsim Hüseynzadə Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, M.Hüseynzadə bu təyinatadək Baş […]
Mehriban Əliyevadan atası ilə bağlı PAYLAŞIM
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabında edilən paylaşımda deyilir: “Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən […]
Prezident 95 yaşlı rektoru İŞDƏN ÇIXARDI – YENİ TƏYİNAT
Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Natiq Kamal oğlu Əliyev akademiyanın rektoru təyin edilib. Qeyd edək ki, Ömər Eldarov 1927-ci il təvəllüdlüdür. Onun 95 yaşı var.
Türkiyə XİN binası qarşısında Ermənistan bayrağı qaldırıldı
Türkiyə Xarici İşlər Nazirliyinin binası qarşısında Ermənistan bayrağı qaldırılıb. Bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə rəsmi səfərdədir. O, zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan erməni xilasetmə qrupu ilə görüşəcək.
Daha 4 voleybolçu qadın zəlzələdə həlak oldu
Türkiyədə daha 4 voleybolçu zəlzələ nəticəsində həlak olub. Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.. TVF-dan edilən şərhdə: “Rasus Kimya Hatay Voleybol Komandasının idmançıları Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrem Kurtoğlunun zəlzələ nəticəsində dünyasını dəyişdiyini dərin hüznlə öyrəndik. İdmançılarımıza və həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, başsağlığı veririk.Yaralılara […]
“Bir il ərzində evləri yenidən tikəcəyik” – Soylu
“Antakyada binaların 40 faizində dağıntı aşkar edilib. Dəlil toplamadan dağıntılar aradan qaldırılmır. Dağılmış evlərin sahibləri də orada olacaq və salamat qalmış əşyalarını götürə biləcəklər”. Bunu türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda bildirib. Onun sözlərinə görə, uçmuş evlər yenidən tikiləcək və bir il ərzində təhvil veriləcək.
Bakıda tozlu hava müşahidə olunur
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, buna səbəb arabir güclənən şimal-qərb küləyinin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır: “Tozlu hava şəraiti lokal xarakter daşıyır […]
Mirzoyanla Çavuşoğlu arasında görüş başladı – YENİLƏNİB
Ararat Mirzoyan və Mövlud Çavuşoğlu arasında görüş Ankarada başlayıb. Ermənistan və Türkiyə xarici işlər nazirlərinin növbədənkənar görüşündən sonra geniş tərkibdə iclas keçiriləcək, daha sonra nazirlər bəyanatlarla çıxış edəcəklər. ***12:03 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya gedib. XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinə Ermənistanla […]