Ukrayna prezidenti Volodimir Zelenski ilə Pakistan lideri Arfi Alvi arasında telefon danışığı olub. Bu barədə Ukrayna dövlət başçısı “Twitter” hesabında məlumat yayıb. Siyasətçilər “taxıl dəhlizi”ni müzakirə ediblər. “Biz dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinin, BMT Nizamnaməsinə hörmətin vacibliyini qeyd etdik”, – Zelenski deyib.
İlham Əliyev BƏƏ ilə memorandumu təsdiq etdi
2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət […]
Bu nazirliyin işçilərinin say həddi artırıldı – FƏRMAN
Azərbaycan İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidindən (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla) 4494-ə çatdırılıb. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Digər dəyişikliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidindən 499-a çatdırılıb.
Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi – Video
Ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, xalq artisti R. Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan […]
Güclü külək əsəcək, qar yağacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib. Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə […]
Azərbaycanda cinayət törədənlərin çoxu işsizlərdir
2022-ci ildə ölkədə qeydə alınmış 36 494 cinayət hadisəsinin 10 665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb. Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin […]
Azərbaycanda iki rayonu birləşdirən dəmir körpü oğurlanıb
Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Sarısu […]
AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edirlər – FOTO
Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi […]
Sumqayıtda gənc qız itkin düşdü
Sumqayıtda 15 yaşlı qız itkin düşüb. APA xəbər verir ki, 2008-ci il təvəllüdlü Əhmədxanova Liliya Əhmədxan qızı fevralın 19-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.
Vilayət Eyvazov onu Nərimanova rəis TƏYİN ETDİ
Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib. Bu təyinata qədər o, DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.