İlham Əliyev estoniyalı həmkarını təbrik etdi

alfonsonri

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik […]

Rəsmi Bakıdan Paşinyana cavab

alfonsonri

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir”. Bu barədə Dogrusoztv.az  Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, Baş nazir Paşinyanın guya Məhkəmənin Laçın yolunun bağlandığına […]

Azərbaycanda “Trendyol”a məhdudiyyət qoyula bilər

alfonsonri

Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin “Trendyol” platformasına məxsusdur. Dogrusozutv.az report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin […]

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

alfonsonri

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən verilən xəbərə görə, müraciətdə deyilir: “Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər […]

G7 Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayıracaq

alfonsonri

Böyük Yeddilik (G7) ölkələri (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya) 2023-cü ildə Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayıracaqlar. Müvafiq bəyanatı 2023-cü ildə G7-yə sədrlik edən Yaponiyanın Maliyyə Nazirliyi dərc edib. Yardım paketi Ukrayna hökumətinin fəaliyyətinin təmin edilməsinə, əsas xidmətlərin göstərilməsinin davam etdirilməsinə, zədələnmiş infrastrukturun təmirinə və iqtisadiyyatın […]

Laçın-Xankəndi yolundakı aksiyanın 75-ci GÜNÜ

alfonsonri

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 75 gündür ki, davam edir. Havanın soyuq olmasına baxmayaraq aksiya iştirakçıları etirazlarını davam etdirirlər. Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri […]

Prezident müəllimlərin maaşını ARTIRDI

alfonsonri

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin […]

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradıldı – SƏRƏNCAM

alfonsonri

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına dəyişiklik edib. Sərəncamla Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı […]

XI siniflər üçün buraxılış imtahanı keçiriləcək

alfonsonri

Məlum olduğu kimi, martın 5-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Xızı rayonlarında, həmçinin peşə liseylərində Dövlət […]