Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, […]

Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb

Sumqayıtda faciəvi hadisə baş verib. 2011-ci il təvəllüdlü Məcidov Azər dənizdə çimərkən qəfil qıcolma (epileptik tutma) keçirib. Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlı suya girdikdən dərhal sonra epileptik tutmaya məruz qalıb və huşunu itirib. Yaxınları dərhal kömək göstərərək onu xəstəxanaya çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb. Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda Azərbaycan Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanan və uydurma iddiaların yer aldığı bu açıqlamanın ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsi olduğu […]

Prezident milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələri təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Aslanov Qədir Təyyar oğlu Babayev Salman Alı oğlu Bayramova Nəzakət Ələddin qızı Cəfərli Minijə Cəmşid […]

Tural Niftalıyev jurnalistləri belə təbrik edib

Təqaüddə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təbrik ünvanlayıb. Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və təşviqat işinin rolu çox böyükdür. Qəzaların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin köməyindən istifadə etməklə […]

İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda iştirakçılarla görüşüb, açıqlamalar verib. O, Cənubi Qafqazdakı layihələrdən, Zəngəzur dəhlizi və Rusiya-Ukrayna müharibəsindən də bəhs edib. Dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol […]

Azərbaycanın iqtisadiyyat naziri Çexiyada iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 22-də Çexiyaya rəsmi səfərə gedəcək. Bu barədə “Report”a diplomatik mənbə məlumat verib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə ediləcək. Eyni zamanda, sənaye və ticarət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi planlaşdırılır. Qeyd edək ki, ötən həftə Azərbaycana Çexiya nümayəndə […]

Agentlik xarici ölkələrdə təhsil alan tələbələrə müraciət edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib. Bu barədə Agentliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır: “Bu barədə təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtina verilən kvalifikasiyalar […]

Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik

Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq konsensus yolu ilə bu məsələ həll edilə bilər.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək. “Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici […]

Sabah 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti […]