Ermənistanın təxribata başladığı post belə darmadağın EDİLDİ – VİDEO 

alfonsonri

Ötən gün Zəngilan istiqamətində Azərbaycan Dövlət Sərhəd Xidmətinin cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribata başladığı post darmadağın edilib. Qeyd edək ki, dünən dövlət sərhədinin Zəngilan istiqamətində ermənilər hərbi təxribata əl atıblar. Əvvəlcə sərhədçilərimizə atıcı silahlardan atəş açılıb, daha sonra isə minaatan artilleriya və digər döyüş sursatlar işə salınıb. Düşmən […]

Laçın postu bağlandı – Bakının şərti məlumdur

alfonsonri

“Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayıb. İrəvan təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər post istifadəyə açılmayacaq”. Dogrusoztv.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Azərbaycana qarşı təxribatlarının nəticələrini şərh edən ekspert Asif Nərimanlı bildirib. A.Nərimanlı qeyd edib ki, Qarabağdan erməni əhalisinin Ermənistana gedişi […]

Tanınmış hakimin vəziyyəti pisləşdi – İşlərini dayandırdı

alfonsonri

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətində problem yaranıb. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, İ.Qılıcovun icraatında olan bütün işlər xəstəliyi ilə əlaqədar başqa hakimlər arasında bölüşdürülüb. Hakim həkim tövsiyəsi ilə müvəqqəti olaraq vəzifəsinin icrasını dayandırıb, hazırda müalicə olunur. Qeyd edək ki, 57 yaşlı İlqar Qılıcov 17 ildir ən üst instansiyada hakim […]

Ermənilər Gədəbəy və Şuşanı ATƏŞƏ TUTDU

alfonsonri

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi […]

Bakıda dünya çempionu həbs edildi

alfonsonri

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib. Belə ki, 1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də […]

Ukrayna əks-hücum əməliyyatını təxirə sala bilməz, çünki….

alfonsonri

Ukrayna əks-hücum əməliyyatını təxirə sala bilməz, çünki Kiyev soyuq havaların başlamasından əvvəl yay-payız dövründə irəliləyiş əldə etmək niyyətindədir. Bu barədə “The Washington Post” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, Ukrayna bu yolla Qərb müttəfiqlərinə Rusiyaya müqavimət göstərməyə qadir olduğunu göstərmək istəyir. Qəzetin mənbələri qeyd ediblər ki, əks-hücum əməliyyatı […]

Ağdamda 23 yaşlı gənc özünu GÜLLƏLƏDİ

alfonsonri

Ağdamda intihar hadisəsi baş verib. Dogrusoztv.az  xəbər verir ki, hadisə rayonun Ergi qəsəbəsində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Behbudov Elgiz İsmayıl oğlu ov tüfəngi ilə özünə atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, gənc Ağdam rayon xəstəxanasına çatdırılarkən yolda keçinib. İntiharın səbəbləri araşdırılır.

Əldə etdiyiniz nailiyyətlərdən başgicəllənməyə düşməyin – BÜRCLƏR

alfonsonri

Qoç – mənfi təcrübədən də yararlanmaq olar. Situasiyaya təsir edən kənar amillər sizi gərginlikdə saxlayır. Səhhətinizdəki kiçik problemlərin ağrılara çevrilmələrinə yol verməyin. Müstəqil və ya tənha işləmək üçün əlverişli gündür. İşlər çoxdursa, onların bəzilərini yaxın dostlarla paylaşa bilərsiniz. Tapşırıqları məntiqlə, tələsikliyə yol vermədən yerinə yetirin. Dəstəyinizə və ya köməyinizə ehtiyacı […]

“Ermənistan kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!” – Prezident

alfonsonri

Bu gün mən cənab Baş nazirə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı məlumat verdim. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib. “Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq […]