Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb. Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib. Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii […]
Sabiq nazirin övladlarının biznesi çökür (FOTO)
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümovun biznesi çökür. Qaynarinfo-nun məlumatına görə, “Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 82 min 551 manat 91 qəpik vergi borcu yaranıb. Şirkətin tabeçiliyində fəaliyyət göstərən məşhur “Orion Palace”da aparılan vergi […]
Suraxanıda qumbara aşkarlanıb – FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik […]
“Müstəmləkəçilik bəşər tarixinin rüsvayçılıq səhifəsidir” – Hikmət Hacıyev
“Müstəmləkəçilik bəşər tarixinin rüsvayçılıq səhifəsidir”. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb. “Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı çərçivəsində təşkil edilən “Müstəmləkəçilik fotolarda” adlı sərgi. Müstəmləkəçilik, o cümlədən neokolonializm bəşər tarixinin rüsvayçılıq səhifəsidir “, – paylaşımda deyilir.
Gürcüstanın baş nazirinin müavini Saakaşvili ilə bağlı açıqlama verib
“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili tam həbs müddətini respublikada çəkməlidir”. Bu sözləri jurnalistlərə Gürcüstanın baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani deyib. “Saakaşvili həbs cəzasına məhkum edilib. Bu cəza suveren ölkəmizin qanunlarına uyğun olaraq həyata keçirilməlidir. Bizim məqsədimiz onun tam müddətdə cəza çəkməsidir”, – deyə Tsulukiani əlavə edib. […]
Fransalı deputat Makronu topa tutdu
“Fransada baş verən etirazlar, iğtişaşlar onu göstərir ki, ölkədə iqtisadi-sosial çətinliklər var”. Bunu Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusundakı tədbir çərçivəsində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Fransada baş verənlər hökumətin siyasətinin nəticəsidir. “Təəccüblü deyil, vəziyyətin bu yerə çatması gözlənilən […]
Prezident Tatyana Valovayanı qəbul etdi – YENİLƏNİB
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib. Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirdi və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında […]
“Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar” – Nazir müavini
“Səhiyyə Nazirliyi mütəmadi şəkildə dərman vasitələrinin qiymətləri ilə bağlı müvafiq strukturlarla təhlillər aparır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib. Nazir müavini bildirib ki, digər ölkələrin dərmanlarının qiymətləri ilə əlaqəli məlumat bazası toplanır: “Lazım olan təqdirdə Tarif Şurası ilə operativ müzakirə aparılaraq həll yolarını […]
Səfərbərlik xidmətinin rüşvət alan əməkdaşları ilə bağlı QƏRAR VERİLDİ
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi və Laçın rayon bölməsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Əməliyyat-istintaq tədbirləri ilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin müfəttişi Ramil Həsənov və Laçın rayon bölməsinin müfəttişi […]
Azərbaycanla Türkiyə arasında daha bir protokol təsdiqləndi
Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib Protokol bu ilin aprel ayının 29-da Türkiyənin Samsun şəhərində bağlanıb. Protokola əsasən, Azərbaycan və Türkiyə 2020-ci il fevralın 25-də Bakıda səhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası […]