Namizədlərin yekun hesabatları açıqlandı – Kim nə qədər XƏRCLƏDİ…

Mərkəzi Seçki Komissiyası (MSK) 7 fevral tarixli prezident seçkisində mübarizə aparmış namizədlərin seçki fondunun gəlir və xərclərinə dair yekin maliyyə hesabatını açıqlayıb. Modern.az-ın MSK-dan əldə etdiyi məlumata görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin seçki fondunun gəlirləri 737 000 manat, xərcləri 736 922.15 manat təşkil edib. İlham Əliyevin seçki fondunun gəlirləri fiziki və hüquqi şəslərin ianəsinin (187 000+300 000 […]

Mübariz Mənsimov yeni telekanal AÇIR

Mübariz Mənsimov Türkiyədə televiziya kanalı açır. “Palmali” şirkətinin sahibi Mənsimov “Ekol Tv” adlı kanalı alıb. Məlumata görə, texniki işlər başa çatdıqdan sonra təhvil-təslim prosesi həyata keçiriləcək. Televiziya kanalı üçün komandanın formalaşdırılmasına gələn aydan başlayacaq.  Televiziya kanalının aprel ayından fəaliyyətə başlaması planlaşdırılır.(Modern)

ABŞ öz əsgərlərini Ukraynada döyüşməyə göndərməyəcək – Miller

ABŞ öz əsgərlərini Ukraynada döyüşməyə göndərməyəcək. Bunu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. “Amerikanın səsi”nin məlumatına görə, jurnalistin “Fransa prezidentinin NATO qoşunlarının Ukraynadakı döyüşlərdə potensial iştirakı ilə bağlı bəyanatını necə şərh edərdiniz”  sualına Miller mənfi cavab verib. “Prezident Bayden açıq şəkildə bildirdi ki, o, Amerika əsgərlərini Ukraynaya döyüşməyə […]

İcra başçısı tanınmış aparıcı ilə evlənir

İlk yayımlanma saatı: 02.27.2024 (22:02) Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toyudur. İcra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək. Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin […]

Azərbaycanda ən yüksək maaş alanlar bu sahələrdə çalışırlar – SİYAHI

2023-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1741,8 min nəfər olub. Onların 51.6 faizi dövlət sektorunda, qalanı qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artıb. Beləliklə, 2023-cü ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 933,8 manat olub. Ancaq orta […]

Bakıya gələn türkiyəli nazir müavini: Samuxlu qaçaq Məhəmmədin nəvəsi – FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay bu gün Bakıya gəlib. O, Azərbaycan müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisinin müavini Kərim Vəliyev və digər rəsmi şəxslərlə görüş keçirib. Görüş zamanı nazir müavininə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təqdim edilib. O, Prezident İlham Əliyevin müvafiq […]

Problemli kreditlər 22%-dən çox azalıb

Bu il fevralın ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,6% azalaraq 454.1 milyon manata enib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,2% azalıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı […]

Bu futbol klubumuz Xankəndini təmsil edəcək

MOİK futbol klubu yeni mövsümdən Xankəndi şəhərini təmsil edəcək. Dogrusoztv.Az Publika.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb. Əvvəlcə klub rebrendinq edilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən “Qarabağ”la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri […]

Anar Salahzadə yüksək vəzifəyə təyin edildi

Laçın Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, doktor Anar Salahzadə Laçın Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə Nəzarətin İdarədedilməsi Komitəsinin rəhbəri vəzifəsinə təyin edilib. O, bu təyinata qədər Tərtər Rayon Mərkəzi Xəstəxanasının Statistika bölməsinin rəhbəri vəzifəsində çalışırdı.