Aktrisa Naibə Əlibəyova ötən gecə vəfat edib. O, bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb. N.Əlibəyova daha çox “Bəyin oğurlanması” filmindəki Gülbadam rolu ilə tanınıb. O, uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Ağdam, Füzuli və Xocavəndə Prezidentin xüsusi nümayəndəsi TƏYİN OLUNDU
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi […]
NATO Norveçin işğal ssenarisi üzrə TƏLİM KEÇİRİR
Norveçdə NATO-nun “Nordic Response” təlimi başlayır. Bu barədə “Deutsche Welle” məlumat yayıb. Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmaq qərarına gələn Finlandiya və İsveç də daxil olmaqla 13 ölkədən 20 minə yaxın hərbçi uzaq şimalda keçirilən genişmiqyaslı təlimlərdə iştirak edir. Manevrlərdə alyansın ərazisinə hücumun dəf olunması məşq edilir. Məsələn, təlimin […]
Qafqaz Müsəlmanları İdarəsindən Ramazan FƏTVASI
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib. Fətvaya əsasən, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. QMİ-nin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını təbrik edib. Fətvada qeyd edilib […]
Əliməmməd Nuriyev QHT-lərə müraciət etdi: dələduzlara inanmayın!
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Qeyri-Hökumət Təşkilatlarına muraciət edib. Müraciətdə deyilir: “Əziz QHT nümayəndələri, bilirəm ki, bu günlərdə hamınız QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə Qrant müsabiqəsinin nəticələrinin elan edilməsini gözləyirsiniz. Agentlik tərəfindən QHT nümayəndələri ilə görüşlər zamanı, habelə rəsmilərin müsahibələrində səsləndirilmiş fikirlər, verilən məlumatlar, həyata keçirilmiş […]
Bazar günü 53 mindən çox şagird imtahan verəcək
Martın 10-da 53 mindən çox şagird imtahan verəcək. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 10 martda Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə – 2, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, […]
Rus qadınların 8 martı keçirəcəyi şəhərlər: İrəvan, Minsk, İstanbul…
Rusiyalı qadınların 18,5%-i 8 martı İrəvanda keçirəcək. Dogrusoztv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “OneTwoTrip” məlumat yayıb. Qeyd olunub ki, bu, Moskvadan sonra ən populyar hava istiqamətidir. Sonrakı yerləri Belarusun paytaxtı Minsk (16,6%) və Türkiyənin İstanbul şəhəri (6,2%) tutur.
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Bayer 04″ü qəbul edəcək
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın “Bayer 04” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir. UEFA Avropa Liqası 1/8 final, ilk oyun 7 mart 21:45. “Qarabağ” – “Bayer 04” […]
“Bizimkilərlə yaşamaq mənim üçün yaxşı olmayıb” – Erməni sakin
“Bizimkilərlə yaşamaq mənim üçün yaxşı olmayıb. Məni incidirdilər. Maşınımın başına elə bir oyun gətiriblər ki, bu haqda heç danışmaq istəmirəm. Mən Azərbaycan vətəndaşı olmaq istəyirəm”. Bunu açıqlamasında Xankəndinin erməni sakini Larisa Stepanyan deyib.(Baku TV) Daha ətraflı videoda:
12 min nəfərin aylıq müavinət ödənişi DAYANDIRILIB
2023-cü ildə Nazirlər Kabinetinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, eləcə də yerli icra hakimiyyəti orqanlarına verdiyi tapşırıqların icrası olaraq ümumilikdə 11,5 min nəfər (qaçqınlar və onlara bərabər tutulan şəxslər) üzrə vahid aylıq müavinət ödənişi dayandırılıb. Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Buraya sahibkarlıq […]