Husilər ABŞ esminesini hədəf aldı

Husilər “USS Laboon” esminesini uzaq mənzilli ballistik raketlə hədəf alıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Məlumata əsasən, husilərin nəzarəti altında olan Yəmən ərazilərindən Qırmızı dənizə atılan raket gəmiyə dəymədiyindən, heç bir ziyan vurmayıb. ABŞ qüvvələri əməliyyata cavab olaraq, husilərin nəzarətində olan bölgələrdə 2 PUA-nı müəyyən edərək […]

İki rayona Mühafizə İdarəsinin rəisi təyin edilib – ƏMR

Bakı şəhəri Xəzər rayon Mühafizə İdarəsinə rəis təyin edilib. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib. Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay […]

Putin niyə prezident olmaq istəmirmiş – Yeltsinə verdiyi CAVAB

Rusiya prezidenti Vladimir Putin deyib ki, 90-cı illərin sonunda səlahiyyət müddəti başa çatan dövlət başçısı Boris Yeltsin onu prezidentliyə namizədliyini irəli sürməyə dəvət edəndə buna hazır olmadığını bildirib. “Əgər o dövrə qayıtmaq mümkün olsaydı, mən yenə eyni şəkildə cavab verərdim”. Modern.az-ın məlumatına görə, Putin bunu “Rossiya 1” telekanalı və “Ria […]

Son bir ayda ən çox bahalaşan məhsullar – Rəsmi SİYAHI

2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 2024-cü ilin fevral ayında […]

Paşinyan 4 kəndi Azərbaycana verməyə hazırlaşır – Erməni deputat

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransı ölkədə geniş əks-səda doğurub. Xüsusilə də onun mətbuat konfransında Azərbaycanın 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) barədə açıqlaması ciddi rezonansa səbəb olub. Hazırda Ermənistanın Tavuş rayonunun tərkibində olan işğal edilmiş həmin kəndlərdən danışan Paşinyan deyib: “Ermənistan […]

İşğaldan azad edilən əraziyə ezam olunan iki polis ehtiyatsız davranış səbəbindən həyatını itirdi

Bu gün saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. Bu barədə  DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə […]

Ramil Usubov Kobaxidze ilə görüşdü – Foto

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşdə ölkələr arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə toxunulub. Tərəflər Gürcüstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb. Hökumət başçısı Gürcüstanın suverenliyinə və ərazi […]

DTX: Məktəblərlə bağlı saxta məlumat yayan şagird istintaqa CƏLB EDİLDİ

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə […]

Ramil Usubov Gürcüstana getdi

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda səfərdədir. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, Ramil Usubov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb. Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Söhbət zamanı həmçinin […]