Artıq bir müddətdir ki, ardıcıl olaraq ürəktutmadan qəfil ölüm hadisələrinin şahidi oluruq. Hətta 30, 40, 50 yaşlı şəxslər arasında bu səbəbdən ölümlər adi hal alıb. Bu ayın əvvəli 48 yaşlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı cəmiyyətdə böyük narahatlıq yaratmışdı. TƏBİB din xadiminin qəfil ürəktutmadan vəfat etdiyini açıqlamışdı. Elə ötən gün […]
Zəlzələ bölgəsindən ürəkağrıdan – Görüntülər
Türkiyədə zəlzələ bölgəsində güclü yağışlar selə səbəb olub. Dogrusoztv.az “NTV”yə istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparması nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər isə itkin düşüb. Şanlıurfada da sel nəticəsində 6 nəfər itkin düşüb. Şəhərdəki xəstəxanaları, küçələri su basıb. Məlumata görə, sel səbəbindən şəhərdəki məktəblərdə tətil elan […]
Bakıda 16 yaşlı qız özünü 15-ci mərtəbədən atıb
Bakıda 16 yaşlı qız intihar edib. Dogrusoztv.az xəbər verir ki, hadisə Xətai rayonu, Həsən Salmani küçəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü Sofiya Juravlyovanın özünü yaşadığı binanın 15-ci mərtəbəsindən atdığı bildirilir.Baş Prokurorluqdan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Yüksək vəzifə verilən Riyad Qasımov kimdir? – DOSYE
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub. Bu vəzifəyə daha əvvəl Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini rəisinin müşaviri vəzifəsində işləyən Riyad Qasımov təyinat alıb. Riyad Qasımov müşavir vəzifəsini də bu ilin yanvar ayından icra edir. Daha əvvəl – 2017-22-ci […]
Səhiyyə Nazirliyindən əhaliyə MÜRACİƏT
Səhiyyə Nazirliyi bayram günlərində düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib. Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov sağlam qidalanmanın insanların həyat tərzinə çevrilməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, insanlar bayram günlərində özlərinə nəzarət edə bilmir və qida rejimi pozulur: “Qidalanmanın düzgünlüyü hər kəs üçün individualdır. Hamı üçün eyni […]
Sənədsiz əmlakı olanlara ŞAD XƏBƏR
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər müzakirə olundu. Dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək. […]
Prezidentdən ƏƏSMN ilə bağlı FƏRMAN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yeni səlahiyyət verilib. Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə […]
Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub – ƏMR
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub. Sözügedən vəzifə Riyad Qasımova həvalə edilib. O, bu təyinata qədər Komitədə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri olub, yeni vəzifəsinin icrasına martın 1-dən başlayıb. © “Report”
“Hamını eyni anda xilas etmək mümkün olmazdı” – Ərdoğan
“Dağıntılar o qədər böyük idi ki, hər binaya bir nəfər xilasedici göndərsəydik belə, hamını eyni anda xilas etmək mümkün olmazdı”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya qrup toplantısında deyib. Türkiyə liderinin sözlərinə görə, ilk zəlzələlərdən sonra 16 300-ə yaxınlaşan afterşok qeydə alınıb: “Onlardan 45-i 5-6, 532-si isə 4-5 […]
Sabah bəzi yerlərdə yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm […]