Kissincer: “Səudiyyə Ərəbistanı ilə İranın razılaşması Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə dəyişdirir”

alfonsonri

“Səudiyyə Ərəbistanı və İranın Çinin vasitəçiliyi əldə etdikləri razılaşmalar Yaxın Şərqdəki strateji vəziyyəti ciddi şəkildə dəyişdirir”. Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer səsləndirib. 99 yaşlı Kissincer Çinin son illərdə dünya nizamının yaradılmasında iştirakına toxunaraq qeyd edib ki, rəsmi Pekin Səudiyyə Ərəbistanı və İran razılaşmalarındakı rolu ilə bu istiqamətdə mühüm addım […]

İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib

alfonsonri

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunur ki, telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib. Həmçinin regionda […]

Laçın yolundakı aksiyanın 96-CI GÜNÜ

alfonsonri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 96 gündür davam edir. Aksiya iştirakçıları gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. […]

“WhatsApp”da YENİLİK

alfonsonri

“WhatsApp” messencerində statusa səsli mesaj yerləşdirmək mümkün olub. Bu barədə “Meta” şirkəti məlumat yayıb. Yeniləmə iOS istifadəçiləri üçün əlçatan olub. Bundan başqa, məlum olub ki, fotolardan mətnin kopyalanması da platformaya gələcək.

Günün qoroskopu: çoxdan planlaşdırdığınız qəti qərarı və ya addımı realaşdıra bilərsiniz

alfonsonri

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç – Ayın Şir bürcü ilə münasibətləri bu gün emosiyaların çılğınlığını və gözləntilərin artımını vəd edir. Yaxınlarınıza, sevdiyiniz insana, ailə üzvlərinə diqqət ayırmağı unutmayın. Alış-veriş bu gün sizə həzz verə bilər. Buğa – bu […]

Rəsmi Bakıdan ÇAĞIRIŞ

alfonsonri

“Beynəlxalq ictimaiyyəti Ermənistanın minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ağdamda mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə məlumatında bildirilib. “16 mart 2023-cü il tarixində Ağdam rayonunda mina partlayışı nəticəsində 2 nəfər dinc sakin həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə […]

“Türkiyənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir” – Prezident

alfonsonri

Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə […]

“Azərbaycan və Türkiyə daim bir-birinin yanında olub” – İlham Əliyev

alfonsonri

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib. “2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Cumhurbaşqanı […]

Azərbaycan Türkiyəyə nə qədər yardım göndərib? – Prezident AÇIQLADI

alfonsonri

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər […]