ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 1,2% azalarq, 1 barelə görə 75 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,09% azalarq, 69,2 dollara bərabər olub.
Laçın yolundakı aksiyanın 104-cü günü
Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 104 gündür davam edir. Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edir. Ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, […]
Şabranda qatarla traktor toqquşub, ölən var
Şabranda qatarla traktor toqquşub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.İlkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində […]
“Mən uşağı götürüb qaçdım, yoldaşım şkafı tutdu” – İsmayıllı sakini zəlzələdən danışdı (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllıda zəlzələ baş verib. Rayon sakinləri zəlzələ anı ilə bağlı “Xəzər Xəbər”ə danışıblar. Sakinlərdən biri yeraltı təkanların güclü olduğunu, xoşbəxtlikdən qısa çəkdiyi üçün dağıntıların qeydə alınmadığını deyib: “Ev silkələndi, mən uşağı götürüb qaçırdım. Bu vaxt yoldaşım şkafı tutdu ki, aşmasın”.
İntiqam Əşirov: “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin yaradıcısıdır”
“Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti coxəsirlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bu il anadan olmasının 100 illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani kefiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan bənzərsiz […]
Nümunəvi dövlət qulluqçusu
Şəki rayonunun İnçə kəndi Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir. Kəndin üç tərəfi dağlarla əhatə olunmuşdur. Qonşu və qardaş kəndi olan Zunud ilə aralarında tək bir körpü vardır. Kəndin yuxarı tərəflərində əhali daha sıx yerləşib. Kəndin kiçik bir hissəsində Rutul ləzgiləri məskunlaşmışdır (XX-XIX əsr). Rutul ləzgiləri bura 18-19-cu əsrlərdə Dağıstanın cənubundan Azərbaycanın […]
Saakaşvili Rusiya agenturası tərəfindən zəhərləndiyini açıqlayıb
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili ABŞ-nin məşhur “Politico” nəşrinə müsahibə verib. Müsahibədə 55 yaşlı siyasətçi səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Mixail Saakaşvili bildirib ki, onun həbsxanada zəhərlənməsində Gürcüstanın xüsusi xidmət orqanlarına nüfuz edən rusiyalı agentlərin əli olub. Lakin Gürcüstanın eks-prezidenti verdiyi açıqlama ilə əlaqədar hər hansı bir […]
Kreml Ermənistanda Putinin həbs təhlükəsinə münasibət bildirdi
“Kreml Ermənistanla Roma Statutunun İrəvan tərəfindən tanınmasını müzakirə edəcək”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib ki, Ermənistan Roma Statutunun Konstitusiya Məhkəməsi tərəfindən respublikanın konstitusiyasına uyğun olaraq tanınması ilə bağlı mövqeyini hələ də dəqiqləşdirməyib. “Bu qərarı martın 24-də Ali Məhkəmənin sədri Arman Dilanyan elan edib. Buna […]
Ərbakanın oğlu “Cumhur İttifaqı”na qoşuldu
Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakaın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası “Cumhur İttifaqı”na qoşulub. Partiya nümayəndələri ittifaq protokolunu Ali Seçki Komissiyasına təqdim ediblər. Yenidən Rifah Partiyası dördüncü partiya kimi “Cumhur İttifaqı”nın tərkibində seçkilərdə iştirak edəcək. İndiyədək “Cumhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) […]
Ermənilər Qarabağa yeni yol çəkir – Nazirlik xəbərdarlıq etdi – VİDEO
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun […]