Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər” – FOTO

alfonsonri

Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında törədilən sui-qəsd cəhdi narahatlığa səbəb olub. Hər kəsi düşündürən məsələ odur ki, hədəf yalnız Fazil Mustafa idi, yoxsa digər deputatların da həyatları təhlükədədir? Ümumiyyətlə deputatlara təhlükəsizlik üçün silah verilə bilər? Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Milli […]

Fazil Mustafa ilk ona zəng etdi: “Məni vurublar, tez gəl…”

alfonsonri

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”. Bunu gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib. O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb: “Ağlıma […]

Aqil Abbas: “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”

alfonsonri

“Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər”. Bu sözləri Baku.ws-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib. Onun sözlərinə görə, buna səbəb son zamanlar Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirməsidir:“Təbii ki, bu, terror hadisəsidir. Fazil Mustafa təkcə ictimai siyasi xadim deyil, o həm […]

Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başladı

alfonsonri

Azərbaycan xariic işlər naziri Ceyhun Bayramov və İsrail XİN rəhbəri Eli Koen arasında görüşü başlayıb. Bu barədə E.Koen tvitterdə paylaşım edib. “30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, – deyə paylaşımda bildirilib. Qeyd edək ki, 28 mart 2023-cü il tarixində […]

Bu gün İsraildə Azərbaycan səfirliyinin açılışı olacaq

alfonsonri

Bu gün Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olacaq. Açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin bir qrup deputatı və digər şəxslər iştirak edəcək. Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra […]

Xankəndi-Laçın yolunda ekofəalların aksiyası 108 gündür davam edir

alfonsonri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 108 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri […]

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk AÇIQLAMA

alfonsonri

Martın 28-də terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib. O, Haqqın.az saytına açıqlamasında bunları deyib: “Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının ön şüşəsi silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. […]

GÜNÜN QOROSKOPU: Yaxınlarınız sizi xoş xəbərlə sevindirəcəklər

alfonsonri

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.Qoç – qadınların rəhbərliyi altında işləyən Qoçlar çox əziyyət çəkəcəklər. Pul almağınız mümkündür. Onu əsasən ailə ehtiyaclarına və yaxınlarınızdan birinin arzularının gerçəkləşdirilməsinə sərf edəcəksiniz. Planlaşdırmadığınız səfərə gedə bilərsiniz, o, uğurlu alınacaq. Buğa – gərgin və narahatlıq dolu […]

Azərbaycanda mobil operatorların milyonluq gəliri

alfonsonri

Azərbaycanda mobil telefon rabitəsi operatorlarının gəlirləri 173 milyon manatı ötüb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 20,7 faiz artaraq 459,3 milyon manat təşkil edib.Bu dəyərin 71,2 […]