Senatorlardan Baydenə çağırış – Çinə sanksiya tətbiq et!

alfonsonri

Bir qrup respublikaçı senator ABŞ prezidenti Co Bayden administrasiyasını milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək “Huawei Cloud” və digər Çin bulud xidməti şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. “Çinin bulud hesablama şirkətləri getdikcə daha çox xarici təşkilatlarla – bəzi hallarda sanksiyalar altında olan xarici […]

“Mercedes” Rusiya bazarından tamamilə çıxdı

alfonsonri

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” Ukraynada müharibənin başlamasından 14 ay sonra Rusiya bazarından tamamilə çıxdığını elan edib. Bu barədə Almaniya Xəbər Agentliyi (DPA) məlumat yayıb. Alman şirkəti Rusiyadakı bütün aktivlərini “Avtodom” şirkətinə satıb. Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra “Mercedes” 2022-ci ilin martında Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.

Futbolçular buna görə azarkeşlərin bilet pulunu qaytaracaq

alfonsonri

“Tottenhem” klubunun futbolçuları İgiltərə Premyer Liqasının 31-ci turundakı məğlubiyyətlərinə görə (1:6) azarkeşlərə jest demək qərarına gəliblər. Bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb. Bildirilib ki, komanda uduzduğu üçün azarkeşlər onlara məyus və qəzəblidir. Ona görə də azarkeşlərə “Sent Ceyms Park”da keçirilən matçın biletlərinin pulu geri qaytarılacaq.

Ərdoğan özünü pis hiss etdiyinə görə canlı yayım dayandı – Video

alfonsonri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünü pis hiss etdiyinə görə canlı yayım qısa müddətlik dayandırılıb. Dogrusoztv.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə jurnalistlərə müsahibə verərkən olub. Yayım bərpa ediləndən sonra Ərdoğan iki gündür gərgin təbliğat kampaniyasında olduğunu və bir qədər soyuqladığını bildirib. Prezident buna görə izləyicilərdən üzr istəyib.

İranın avtomobil istehsalçıları artıq Avropa ölkələrindən heç bir cihaz ala bilməyəcəklər

alfonsonri

Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib. İranın maşınqayırma sənayesinə qarşı sanksiyalar tətbiq edilib. Sayca yeddinci sanksiyalar paketində İran İslam Şurası Məclisinin üzvlərinin Aİ ərazisinə giriş qadağan olunub. İranın avtomobil istehsalçıları artıq Avropa ölkələrindən heç bir cihaz və ya avadanlıq ala bilməyəcəklər. Aİ-nin qərarında sanksiyaların İranda insan hüquqlarının kobudcasına pozulduğuna […]

Aprelin 25-də atmosfer havasının keyfiyyəti necə olub?

alfonsonri

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə […]

“Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimi AÇIQLANDI

alfonsonri

Beynəlxalq Avtomobil Federasiyası (FIA) aprelin 28-30-da keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimini açıqlayıb. Federasiyanın avtoidman üzrə şurasının qərarına əsasən, Azərbaycan Qran-Prisində iki təsnifat yürüşü təşkil olunacaq. Aprelin 28-də saat 13:30-dan 14:30-dək sərbəst yürüş keçiriləcək. Saat 17:00-dan 18:00-dək Azərbaycan Qran-Prisində pilotların düzülüşünü müəyyənləşdirəcək təsnifat yarışı təşkil ediləcək. Aprelin 29-da saat 12:30-dan […]

Rusiyada 100-ə yaxın bina yandı, ölən var

alfonsonri

Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndində baş vermiş yanğın nəticəsində 92 binaya ziyan dəyib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi “Telegram” kanalında məlumat yayıb. Qeyd olunub ki, yanğın zamanı bir nəfərin meyiti tapılıb. Qeyd olunur ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopteri də daxil olmaqla 120 nəfəri və 33 texnikası cəlb […]

Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib

alfonsonri

Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib. Bu barədə “Report” “Rəsmi qəzet”ə istinadən xəbər verir. Türkiyə Respublikası Azərbaycan Respublikası ilə toxumçuluq sahəsində əməkdaşlıq haqqında Sazişi təsqiqləyib. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb və 16 […]