Şair Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva yenə bir-birinə söz atıb. Nazilə instaqramda şəkil yayımlayaraq “Bağa nə tez köçmüsən? Danışmadan göstərim. Özü də fotoşopsuz” şərhini yazıb. Bir müdddət sonra isə Fatimə video yayımlayaraq “Buradan bəzilərinə demək istəyirəm ki, effektsiz mən, yəni effektsiz” sözlərini söyləyib. Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən […]
Günün qoroskopu: Narazılıq artır, dərhal nəyisə dəyişmək istəyi yaranır
Qoç – təlaş, narahatlıq, əməl və fəaliyyətdə bədgümanlıq hissləri yarana bilər. Yaxın ətrafınızdakı insanlardan birinin əməlləri sizi narazı salacaq. Kənar şərtlər və yaşananların zahiri görüntüləri olayların mənzərəsini dəyişərək stress yarada bilər. Hadisələrin ritmi, kənar təsirlərin intensivliyi dəyişəcək. Çoxdan bəri tanıdığınız insanlara yenilən bələd olacaqsınız. Alınan xəbərlər və yaranan problemləri ciddi […]
Ərdoğan Akkuyu AES-dəki mərasimdə onlayn iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasiminə onlayn qatılacaq. Bu haqda Ədalət və İnkişaf Partiyasının sədr müavini Erkan Kandemir sosial media hesabından paylaşım edib. “Prezidentimiz sabah keçirilməsi planlaşdırılan Akkuyu Atom Elektrik Stansiyasının mərasiminə onlayn olaraq qatılacaq. Mersin mitinqimizin daha sonra keçirilməsi planlaşdırılır”, – Kandemir qeyd edib. […]
Dövlət Vergi Xidməti: Xaricdə əldə olunmuş gəlirlərin bəyan edilməsi zəruridir
Məlum olduğu kimi, Azərbaycan Respublikası vergi və maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair bir çox ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulub. Dogrusoztv.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, onların sırasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələr arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”, “Vergi məsələləri üzrə […]
Yeni medalla kimlər təltif edilə bilər? – Foto
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilib. Təltif edilən şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” […]
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 […]
Türkiyədə neft tankeri avtomobillə toqquşdu – Ölən və yaralılar var
Türkiyənin Şırnak şəhərinin İdil rayonunda neft daşıyan tanker avtomobillə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Nəqliyyat vasitəsinin sürücüsü Abdurrahman Laçın hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar İdil Dövlət Xəstəxanasına aparılıb. Qəzadan sonra tankerdə başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İrəvanda Avropa çempionu olan türkiyəli atletlər Bakıya gəlir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya gələcək. Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir. Qonaqların yer aldığı təyyarə sabah saat 16.10-da Heydər Əliyev Beynəlxalq Hava […]
Tərtərdə minaya düşən şəxsin son durumu – YENİLƏNİB
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti tərəfindən məlumat verildiyi kimi, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel […]
DTX rəsmisi ötən ay qeydə alınan kiberhücum barədə: “Saxta kriptovalyutanın yayılmasına nail oldular”
“Bir neçə il müddətində Azərbaycan bazarında təhlükəsizlik xidməti provayderləri fəaliyyətə başlayıblar. Onlar fəaliyyətini daha da genişləndirirlər”. “APA-Economics” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik barometri” ilə bağlı keçirilən konfransda bildirib. “Kibertəhdidlərə qarşı mübarizə tədbirləri ilə bağlı xüsusi xidmət orqanları mübarizə aparırlar. […]