Tehran Fond Birjasında ticarət İran paytaxtında partlayışlar barədə xəbərlərdən sonra dayandırılıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Birjada əməliyyatlar yerli vaxtla saat 09:45-də dayandırılıb. İran KİV-in məlumatına görə, Tehrandan başqa, İsfahan, Qum, Kərəc və Kirmanşah kimi şəhərlərdə də partlayış səsləri eşidilir.
DİN: Sosial şəbəkədə göndərilən keçidlərə daxil olmaq maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edib. Müraciətdə ani diqqətsizliyin maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə biləcəyi bildirilib. Qeyd olunub ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə […]
BİZİM TƏQVİM:28 fevralda baş vermiş tarixi hadisələr
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər böyük iğtişaşlar törədib. Baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ DTK-nin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək […]
Şamaxıda son iki gün ərzində yeddinci zəlzələ olub – YENİLƏNİB
Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə […]
Elmar Məmmədov Bolqarıstana səfir təyin edilib
Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Elmar Məmmədov indiyə qədər Xarici İşlər Nazirliyi (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi vəzifəsində çalışıb.
“TikTok”da tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb – VİDEO
Tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, […]
İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb
Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəd uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədi daşıyır. Sərəncamda qeyd […]
Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub – YENİLƏNİB
Şamaxıda zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. *** Şamaxıda ikinci zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı […]
Pakistan-Əfqanıstan müharibəsinin mənbəyi: terrorçuluq, yoxsa “Dürand xətti”? – ŞƏRH
Pakistanla Əfqanıstan arasında qarşıdurma münaqişə vəziyyətindən müharibə halına keçib.Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 27-də vəziyyətlə bağlı açıqlama verib: “Qüvvələrimiz istənilən təcavüzkar niyyəti əzməyə qadirdir. Bütün əhali Pakistan Silahlı Qüvvələri ilə çiyin-çiyinə dayanır”. Rəsmi İslamabad fevralın 27-də gecə saatlarında Əfqanıstanın paytaxtı Kabil də daxil olmaqla bir neçə şəhərə hava […]
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
Azərbaycanda fevralın 27-si saat 15:00-a olan məlumata əsasən, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şərq küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 28, Naftalan və Şəmkirdə 24, Goranboyda 23, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 21, Salyan, Sabirabad, […]