Milli Məclis Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişiklikləri ratifikasiya gedib. Bununla bağlı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiqi və “Mülki, ailə və cinayət işləri üzrə […]
Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edəcək.Bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda məlumat verib. İclasda Qərarın mətninin hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri parlamentin vitse-spikeri Ziyafət Əsgərovdur.
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin […]
Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir
COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib. Onun sözlərinə görə, bu il 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma […]
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,06 ABŞ dolları və ya 0,05 % azalaraq 122,26 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 122,86 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
“Sabah” son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır
“Sabah” son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməyib. Masazır təmsilçisinədək sonuncu yeni çempion 2007/2008 mövsümündə ilk titulunu əldə edən “İnter” olub. Bundan əlavə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv 1992-ci ildən keçirilən […]
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir. Bu barədə nazirlikdən bildirilib. “Hazırda “Azerbaijan Airlines” aviaşirkətinin Embraer 190 4K-AZ65 hava gəmisinin aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinin müəyyən etdiyi standartlara və tövsiyə […]
Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub
Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub. Bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı aprelin 30-da Milli Məclisdə olub. Əvvəlcə plenar iclas zalı ilə tanış olan qonaqlara parlamentin […]
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin qarşılıqlı etimad və dəstəyə əsaslanaraq, siyasi, […]
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Görkəmli xalçaçı rəssam Lətif Kərimovun 120 illiyi qeyd ediləcək.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur: “Dünya mədəni […]