Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə […]

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun! (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təbrik Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində yerləşdirilib. Təbrikdə deyilir: “Bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət […]

Coko Vidodo İlham Əliyevə məktub göndərdi

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, təbrik mətnində deyilir:  “Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Qoy Uca Allah xalqınıza hər zaman tərəqqi və […]

Elm Tarixi İnstitutu: Coğrafi məfhum kimi tanınan Azərbaycan sözü 1918-ci il mayın 28-də müstəqil dövlətin adına çevrildi

Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin XIX əsrin II yarısından sürətli şəkil alan milli oyanış, dirçəliş, dövlətçilik uğrunda mübarizələri 1918-ci il mayın 28-də məntiqi sonluqla yekunlaşdı. Xalqımızın müxtəlif siyasi qüvvələrini və ayrı-ayrı təbəqələrini əhatə edən birlik ideyası nəticədə ümummilli hərəkata çevrildi. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və […]

Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib – FOTO

Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz “Twitter” hesabında paylaşdığı təbrikdə deyib. “Qardaşımız, dostumuz, bir çox sahələrdə əməkdaşlıq etdiyimiz Azərbaycanı 28 May – Respublika Günü münasibətilə […]

ABŞ dövlət katibi Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycanı Respublika günü münasibətilə ABŞ hökumətinin adından təbrik edib. Trend bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən məlumat verir. Təbrikdə qeyd olunur ki, ABŞ və Azərbaycan 30 il ərzində vacib tərəfdaşlıq münasibətlərini dəstəkləyir: “Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi kimi […]

Şərqin ilk demokratik respublikası: 102 il öncə verilən tarixi qərar

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür. Doğrusöztv.Az xəbər verir ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları […]

Məhərrəm ayı BU TARİXDƏ BAŞLAYACAQ

Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq. Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki,Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangiri Lent.az -a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq. Məhərrəm ayından […]

Moldovanın dövlət başçısı Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Moldova Respublikasının Prezidenti İqor Dodondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü ilə əlaqədar ən səmimi təbriklərimi və ən gözəl arzularımı qəbul edin. Əminəm ki, ölkəniz bundan sonra da səmərəli daxili siyasət […]