Bu ay bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə […]

İranın istənilən lideri hədəfimiz olacaq – müdafiə naziri

İranda təyin olunmuş istənilən lider “qeyd-şərtsiz sui-qəsd hədəfi” olacaq. Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib. O bildirib ki, “İran terrorçu rejimi tərəfindən İsraili məhv etmək, ABŞ-ı, azad dünyanı və regiondakı ölkələri təhdid etmək və İran xalqına zülm etmək planını davam etdirmək üçün təyin olunmuş istənilən lider qəsdən sui-qəsd […]

Arazı üzərək sərhədi keçməyə çalışdılar

İki qrup Əfqanıstan vətəndaşı İrandan Ermənistana qanunsuz daxil olmağa cəhd edib. İstintaq Komitəsinin məlumatına görə, hadisə bir müddət öncə baş verib. Əfqanıstan sakinləri Araz çayını üzərək keçməyə cəhd ediblər. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iki cinayət işi açılıb. Əlavə məlumat verilməyib.

Nazir yeni təyin olunmuş direktorlarla görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd edilib ki, nazir əvvəlcə məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Emin Əmrullayev bildirib ki, Elm […]

İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında edilən paylaşımda qeyd olunub. “Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”, […]

Azərbaycan Kuboku: “Qarabağ” bu gün “Şamaxı” ilə cavab oyununa çıxacaq

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu bu gün keçiriləcək. Günün yeganə matçında “Qarabağ” “Şamaxı” ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək. Şamaxıdakı ilk qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi növbəti raundda “Sabah” – “Qəbələ” […]

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov […]

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Rəhimova Aybəniz Məhəmməd qızı inzibati məhkəmələr üzrə: Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Bayramova Cahan […]

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir. Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, ABŞ və Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası bir […]

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verilib.Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı […]