Prezident İlham Əliyev Şabranda yol tikintisinə 900 min manat ayırdı

Prezident İlham Əliyev Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)–Şahnəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)–Şahnəzərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə […]

Bakıda çimərliklər açılır – Mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub (FOTO)

Yayın ilk günlərindən paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. Bildirib ki, çimərliklərdə lazımi təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib: “Keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək […]

Bəhreyn Krallığının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi, Ali Baş Komandanın müavini, Nazirlər Şurası sədrinin birinci müavini Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Uca Allahdan […]

SON DƏQİQƏ: Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti İŞDƏN ÇIXARILDI

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər. Doğrusöztv.Az “Report”a istinadən xəbər verir ki, polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar. Məlumat üçün bildirək ki, bir müddət əvvəl  Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu […]

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində yeni təyinat olub

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib. Bu barədə “Doğrusöztv.Az“a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə – Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində […]

Beş şagird hərarətə görə imtahana buraxılmadı, daha üç nəfərin nəticələri ləğv edildi

Dövlət İmtahan Mərkəzi bu gün 18 şəhər və rayonda ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. Doğrusöztv.Az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, imtahanların təşkil edilməsi üçün 80 bina, 1 324 zal, 80 ümumi imtahan rəhbəri, 222 imtahan rəhbəri, 1 718 nəzarətçi-müəllim, 160 buraxılış rejimi […]

Xalq artisti koronavirusdan vəfat edib? – RƏSMİ AÇIQLAMA

“Hazırda vida mərasiminin baş tutub-tutmayacağı ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hər hansı bir məlumat olsa, ictimaiyyətə açıqlama verəcəyik”. Doğrusöztv.Az bildirir ki, bu sözləri Big.Az -a açıqlamasında Mədəniyyət Nazirliyinin İctimaiyyətə əlaqələr və mətbuatla iş şöbəsinin müdiri Türkan Cəfərova deyib: “Teymur Mustafayevin karonavirusdan rəhmətə getməsi xəbəri doğru deyil. Ailəsi tərəfindən verilən məlumata əsasən […]

Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Doğrsuzöztv.Az xəbər verir ki , Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil […]

İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib

Doğrusöztv.az xəbər verir ki, İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

VILAYƏT EYVAZOV BU RAYONA YENI POLIS RƏISI TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Doğrusöztv.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinə təyin olunub. O, bundan öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.