Fuad Ələsgərov İnam Kərimovu kollektivə təqdim etdi

alfonsonri

Ötən gün Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilir. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqdimat hazırda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tərəfindən aparılır. O, İnam Kərimovu Ali Məhkəmənin hakim kollektivi və digər məsul əməkdaşlara təqdim edərək fəaliyyətində uğurlar arzulayıb. […]

Ad və soyadın dəyişdirilməsində YENİLİK

alfonsonri

Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Bu, Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yeri üzrə qeydə alınır. Layihəyə əsasən, ərizə əsasında adın, […]

Türkiyədə gəmi batdı – İtkin düşənlər var

alfonsonri

Antalyanın Kumluca rayonu sahillərində Qvineya bayrağı ilə üzən ticarət gəmisi batıb. Dogrusoztv.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 14 nəfərdən beşi xilas edilib,  9 nəfər itkin düşüb. Hazırda onların tapılması yönündə axtarış-xilasetmə əməliyyatına başlanılıb. Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, İskenderundan Ukraynaya gedən ticarət gəmisi digər bütün gəmilərə […]

İlham Əliyev Tacikistana getdi

alfonsonri

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub

alfonsonri

Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub. Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir: Zati-aliləri, 1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə Kraliça ilə […]

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın həmsədri dəyişib

alfonsonri

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 fevral 2008-ci il tarixli sərəncamında dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın həmsədri vəzifəsi kənd təsərrüfatı nazirindən alınaraq ekologiya və təbii sərvətlər nazirinə […]

Nazir Respublika Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN ETDİ – FOTO

alfonsonri

1 saylı Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, baş həkim vəzifəsinə Orxan Cəfərov təyinat alıb. Qeyd edək ki, O. Cəfərov bu təyinatadək Respublika Narkoloji Mərkəzinin direktoru olub. Xatırladaq ki, 1 saylı Respublika Psixiatriya […]