Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir: “Bildiririk ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması […]
Azərbaycanda ən çox gəliri olan PARTİYALAR – SİYAHI
Azərbaycanda qeydiyyatda olan 26 siyasi partiyanın hamısı ötən ilin maliyyə hesabatını təqdim edib. Partiyaların bəziləri həmişəki kimi boş hesabat təqdim edib və gəlirinin olmadığını bildirib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən il ən çox gəlir və xərci olan partiya olub. Partiyanın gəlirləri 3 milyon manat artaraq 35 milyon manata çatıb. […]
Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvinə dair dəyişiklik ilk oxunuşda təsdiqlənib
Milli Məclis Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin müəyyən edilməməsi haqqında dəyişikliyi ilk oxunuşda təsdiqləyib. Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq […]
Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanılıblar
Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinən saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır. Belə ki, paytaxt sakini olan bir […]
Prezident İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub. Bu barədə məlumatı “Report”un Antalyaya ezam edilən müxbiri verib.
Moskvada Putin-Əliyev-Paşinyan görüşü keçirilə bilər
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək illik paraddan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bu iddia ilə Ermənistanın “Joğovurd” qəzeti çıxış edib. “Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Alma-Atada hansısa […]
Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir – FOTO
“Bakı metropoliteni”ndə sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O, qeyd edib ki, hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt […]
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.İdarədən verilən xəbərə görə, xəbərdarlıqda deyilir: “Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-dək davam edəcək. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının […]
Qarabağ Universitetində beynəlxalq konfrans keçirilir
Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb. Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda xarici ölkələrin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər. Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları […]
Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.