Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”

Tovuzda qidadan zəhərlənən 36 nəfər evə buraxılıb

Tovuz rayonunda dönərdən zəhərləndiyi ehtimal edilən 36 nəfərə tibbi yardımlar göstərilib və daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. Artıq “022” dönər evində agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr […]

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.Ordunun yaradılmasından 107 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr […]

Maliyyə xərclərini artıran NATO – çəkindiriciliyə yarayan Alyans – ŞƏRH

Yaxın Şərqdə və Rusiya-Ukrayna cəbhəsində gərgin vəziyyət fonunda NATO-nun Zirvəsi Toplantısı keçirilib. Ona görə də bu sammiti liderlər üçün çox çətin saymaq olar. Yığıncaqdan bir gün əvvəl ABŞ İranın Fordo, İsfahan, Nətənzdəki nüvə obyektlərini bombalayıb. Bununla da İranın nüvə proqramına qarşı İsrailin başladığı əməliyyatda birbaşa iştirak etdi. Həmin aksiyadan sonra […]

Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib. İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və […]

Parisdə Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan qəhrəmanlarının xatirəsi yad edilib

Parisdə İkinci Dünya Müharibəsində Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı partizanların xatirəsi yad edilib. Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Zəfər Tağının altında İkinci Dünya Müharibəsində Fransanın azad edilməsi uğrunda döyüşən azərbaycanlı partizanların xatirəsinə həsr olunmuş mərasim təşkil […]

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Qlobal enerji bazarındakı qiymət dalğalanmaları nəticəsində Azərbaycanın maliyyə axınlarında və investisiya cəlbediciliyində ciddi artım və ya azalma gözlənilmir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “CNN Business Arabic”ə dünya bazarlarında neftin qiymətinin artıb-azalmasının təsiri ilə bağlı danışarkən deyib. Nazir qeyd edib ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişaf strategiyalarını enerji qiymətlərinin […]

Peşə təhsilinə cəlb edilmiş məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq

Peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi üzrə mexanizm hazırlanacaq. Bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub. Plana əsasən, peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sistemi yaradılacaq. […]

Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb olunub

Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb edilib. Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur. Polis əməkdaşları Binəqədi rayonunda həyata keçirilən daha bir […]