Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. O, prezidentin köməkçisi Vladimir Medinskinin Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyini söyləyib. Kremlin sözçüsü danışıqların Rusiya- Ukrayna-ABŞ üçtərəfli formatında keçiriləcəyini qeyd edib.
DTX-nin saxladığı Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub. Bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimata baxılıb. Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay […]
Prezident İlham Əliyev Almaniyaya səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniyaya səfəri başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda ilk görüşünü sentyabrın 27-də səfərdə Lixtenşteynə qarşı keçirəcək. UEFA Millətlər Liqası D Liqası II qrup 2026-cı il 27 sentyabr 18:00. Lixtenşteyn – Azərbaycan 1 oktyabr 21:00. Azərbaycan – Lixtenşteyn 4 oktyabr 18:00. Azərbaycan – Litva 13 […]
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (IPCP) əsasən, Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən “NATO-da logistikanın planlaşdırılması” mövzusunda təlim kursu keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Kurs ərzində “Əməliyyatlar zamanı əməliyyat planlama prosesində logistikanın təşkili” […]
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar artımlarla ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu […]
Şənbə günü 20 dərəcə isti olacaq – PROQNOZ
Azərbaycanda fevralın 14-də havanın temperaturu 20 dərəcəyə çatacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. […]
Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə qaliblərin peşəkar inkişaf perspektivləri, dövlət idarəçiliyində və təhsil sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Nazir çıxışında gənc və […]
Sahibə Qafarova: ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir
ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib. “Bu səfər iki ölkə arasında yeni mərhələnin açılması deməkdir. Bu səfərlər bir çox sahələr üzrə ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsini möhkəm təməl üzərində qurur. İki ölkə arasında imzalanmış Xartiya bir çox […]
ABŞ-də atışma olub, ölənlər var
Cənubi Karolinada universitetin kampusunda atışma baş verib, nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb. Bu barədə ABŞ KİV-ləri məlumat yayıb. Fevralın 12-nə keçən gecə baş vermiş hadisə ilə əlaqədar fevralın 13-də dərslər ləğv edilib. Həlak olanların şəxsiyyəti hələ müəyyən edilməyib. Atəş açan şəxs barədə məlumat verilmir.