2026-cı il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 384,3 min nəfər olub, onlardan 5 milyon 105,2 min nəfərini məşğul əhali təşkil edib. Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edilib ki, 2025-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı […]
Azərbaycanda əhalinin sayı açıqlanıb
2025-ci ilin yanvar-noyabr aylarında əhalinin sayı 34812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının1-i vəziyyətinə 10259701 nəfərə çatıb. Bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 […]
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir. Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, xarici film bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən filmdir. Birgə istehsal filmi yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən filmdir. Milli […]
Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat imzalayıb. Bəyanatda qeyd edilib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş […]
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib – VİDEO
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. Bu barədə DİN-dən bildirilib.
Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki […]
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib. Bu barədə XİN-in sosial media hesabında paylaşım edilib. “İspaniyanın Kordova şəhərində baş verən və çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi dərin kədərləndirdi. Həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq”, – […]
Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir
ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan və Qəzzada növbəti mərhələləri nəzarətdə saxlamağı hədəfləyən Sülh Şurasına daimi üzv olmaq üçün ölkələr 1 milyard dollar verməlidirlər. Bu barədə “Associated Press“ ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, üç il müddətinə üzvlük üçün ödəniş nəzərdə tutulmasa da bu yolla toplanan vəsaitin Qəzzanın […]
Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
Nazirlər Kabineti 13 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra, dövlət reyesterində qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış […]
Keşləyə su gəlməyəcək – SƏBƏB
Bu gün Bakının Keşlə qəsəbəsində su kəsiləcək. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində bu gün gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.