Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,9 % artaraq 70,79 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 68,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,66 ABŞ dolları və […]
Qəzzada ölən jurnalistlərin sayı 227-yə çatıb
2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən jurnalistlərin sayı 227-yə çatıb. Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. İsrail ordusunun terrorçulara qarşı keçirdiyi əməliyyat zamanı fotojurnalist Məhəmməd Əbu Əl-Auf ilə yanaşı üç tibb işçisi də həlak olub. Mərhum fotojurnalist Fələstin anklavında bir neçə media orqanında çalışıb.
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur – SİYAHI
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Əbdülvahab […]
DSX-nin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda […]
KİV: Tramp və Netanyahu bu gün telefon danışığı aparacaq
Bu gün ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı aparılacaq. Bu barədə “Axios” portalı mənbəyə istinadən məlumat yayıb. “Trampın bu gün İsrailin Baş naziri Netanyahu ilə danışacağı gözlənilir”, – mənbə bildirib.
Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər
Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi ola bilər. Bununla bağlı razılaşma Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında bu gün Astanada aparılan danışıqlar nəticəsində əldə edilib. “Danışıqların yekunu üzrə nəqliyyat və logistika sahəsində əməkdaşlığın aktuallığı da qeyd […]
AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Qazaxıstanda UEFA-nın Təcrübə Mübadiləsi Proqramında (UEFA Club Licensing Exchange Programme) iştirak ediblər.Bu, 2024-cü ilin oktyabrında Bakıda keçirilən ilk görüşün davamı olaraq təşkil olunub. Nümayəndə heyəti Qazaxıstan Futbol Federasiyasının (QFF) inzibati binası və meydançaları, Almatıda yerləşən “Kayrat” klubunun təlim-məşq bazası və Qazaxıstan milli komandasının təlim-məşq mərkəzi […]
Sabah bəzi ərazilərdə yağış yağacaq
Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22° isti, gündüz […]
Qazaxıstan Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər
Qazaxıstan neft qiymətlərinin əlverişli olacağı təqdiqdə Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər. Bunu jurnalistlərə “Samruk-Kazına” Milli Rifah Fondunun rəhbəri Nurlan Jakupov bildirib. “Qazaxıstanın Bolqarıstanın neft məhsulları bazarında iştirakının genişləndirilməsi neftin qiymətindən asılı olacaq. Genişlənmə iqtisadi əhəmiyyət və kommersiya cəlbediciliyi olduğu halda mümkündür”, – N.Jakupov qeyd edib. O “KazMunayQaz” SC-nin […]
Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib
Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistana səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Daşkənddə yerləşən Heydər Əliyev park-meydanında Ulu Öndərin […]