İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. Baş Qərargahın kəşfiyyat üzrə müavini Qolamreza Mehrabi və əməliyyatlar üzrə müavini Mehdi Rabbani həlak olublar.
KİV: İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vura bilər
İran İsrailin hərəkətlərinə cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarını vura bilər. Bu barədə “Fars” agentliyinə İranın hərbi rəhbərliyinə yaxın mənbə bildirib. Mənbələr bildirirlər ki, İran İsrail ərazisinə zərbələr endirməyə davam edəcək və bunun nəticələri çox ağrılı olacaq və İsraili etdiklərinə görə peşman edəcək. Həmçinin qeyd edilir ki, İranın İsrailə […]
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
İranın İsrailə cavab raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 70 nəfər yaralanıb. Bu barədə “The Jerusalem Post” təcili yardım xidmətinə istinadən məlumat yayıb. Daha əvvəl İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində 1 nəfərin öldüyü, 63 nəfərin yaralandığı bildirilirdi.
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq
Bu gün Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq. İkinci yarış günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatami üzərinə çıxacaqlar. Paşayev 1/32 finalda Ronald Limanın (Braziliya) müqavimətini qırmağa çalışacaq. Məmmədəliyeva isə eyni raundda Sofiya Asvesta (Kipr) ilə üz-üzə gələcək. […]
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər, 21 nəfər yaralanıb – YENİLƏNİB
İsrail ərazisinə İranın səhər hücumu nəticəsində azı 21 nəfər yaralanıb, iki nəfər isə ölüb. Bu barədə İsrailin “Ynet” portalı Milli Tibb Xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, təxminən 30 yaşlı kişi aldığı xəsarətlərdən keçinib, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş daha bir qadın da sağ qalmayıb. Xidmət həmçinin qeyd edib ki, zərbələr […]
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. Ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır. Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın, IX sinfi isə təxminən 158 minə yaxın şagird […]
Şirvanda 10 nömrəli məktəbdə “Son zəng” və unudulmaz görüş: 50 il əvvəlki məzunlar məktəblərinə qayıtdı
14 iyun 2025-ci il tarixində Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri qeyd olunub. Ənənəvi şəkildə keçirilən tədbir bu il təkcə cari məzunlar üçün deyil, həm də məktəbin tarixində xüsusi yer tutan bir hadisə ilə əlamətdar olub. Bu il 1965-ci ildən fəaliyyət göstərən […]
İran bütün uçuşları dayandırıb
İranın Mülki Aviasiya Təşkilatı ölkə ərazisində bütün daxili və beynəlxalq uçuşların dayandırıldığını bildirib. Bu barədə İran KİV-i məlumat yayıb. Qeyd edilib ki, hava məkanının bağlanması İsrailin davam edən hava hücumlarına qarşı həyata keçirilən təhlükəsizlik tədbirlərinin bir hissəsidir.
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək. Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək tədbirə giriş sərbəst olacaq. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə keçirilən konsertdə populyar müğənnilər və kollektivlər çıxış edəcək. Azərbaycanın tanınmış estrada […]
KİV: İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək
İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır. Bu barədə “The Wall Street Journal” yüksək rütbəli İsrail rəsmisinə istinadən yazıb. Nəşrin məlumatına görə, bir zərbə dalğası Tehranın nüvə proqramına “kifayət qədər ziyan vurmaq” üçün yetərli olmayacaqdı. Cavab hücumu imkanını məhdudlaşdırmaq üçün İsrail eyni zamanda İran rəhbərliyinə, cəbbəxanasına və strateji […]