Mürsəl Qorxmaz oğlu İbrahimova “general-mayor” ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, 55 yaşlı M. İbrahimov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini tutur.
Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilirlər: […]
Deputatlar tətilə çıxır – Sonuncu plenar iclasın TARİXİ
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub. Sessiyanın sonuncu iclasının iyulun 8-də baş tutacağı gözlənilir. Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki əsas növbəti sessiya keçirir: Yaz sessiyası – 1 fevraldan 31 mayadək davam edir.Payız sessiyası – 30 […]
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib. Bu barədə “Bakı Metropoliteni” QSC” məlumat yayıb. Bildirilib ki, yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir. İş günlərində “28 May-Əhmədli” sahəsində […]
Azərbaycan nefti 8 dollara yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,12 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
16 yaşlı qızı qaçıran axund İŞDƏN ÇIXARILDI
16 yaşlı qızı qaçıran Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən məscidin imam müavini Turab Tahirov işdən çıxarılıb. Müvafiq əmr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tərəfindən imzalanıb. Məlumatı Komitənin mətbuat xidməti də təsdiqləyib. Qurumdan verilən açıqlamada bildirilir ki, Turab Tahirovun vəzifədən azad olunması barədə əmr “İslam dininə […]
Qızılın qiyməti hər troya unsiyası üçün 3330 dollardan aşağı düşüb
“Comex” birjasında qızıl fyuçerslərinin qiyməti troya unsiyası üçün 3 330 dollardan aşağı düşüb. Bunu Nyu-York əmtəə birjasının bölməsi olan ticarət platformasının məlumatları sübut edir. Məlumata görə, qızılın qiyməti 1,1 % ucuzlaşaraq, 1 troya unsiyası üçün 3 329,9 dollar təşkil edib.
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. “20 Yanvar” dairəsində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; […]
Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib. Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Yaxın Şərqdə baş verən son hadisələri, onların regional sülh və təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi […]
Bakı-Balakən-Bakı qatarının vaqon sayı artırılır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 25-də Bakıdan Balakənə, iyunun 26-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır. Bu barədə “Azərbaycan Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, Bakı-Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon […]