Əməkdar incəsənət xadimi Vidadi Babanlı vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Şərəf” ordenli V.Babanlı bu gün 98 yaşında dünyasını dəyişib. Qeyd edək ki, V.Babanlı “Qazax” Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.
Tovuzda 4 bal gücündə zəlzələ olub – YENİLƏNİB
Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub. *** Tovuz rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla […]
BİZİM TƏQVİM:16 avqustda baş vermiş tarixi hadisələr
1905-ci ilin bu günündə Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hucumlarının qarşısı alınıb. Bakıdakı müsəlman qırğınlarından sonra ermənilərin eyni ssenarini Qarabağda da həyat keçirmək cəhdləri baş tutmayıb. Erməni dəstələri Şuşa yaxınlığında ağır məğlubiyyətə uğrayıblar. Bundan az öncə daşnakların silahlı dəstələri Qacar kəndindəki (Füzuli rayonu) döyüşdə məğlub edilmişdi. Bəs, avqustun […]
Novxanıda bir nəfər dənizdə batıb
Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində 2009-cu il təvəllüdlü yeniyetmə – Bayramov Murad dənizdə batıb. Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış tədbirləri həyata keçirilib. Axtarışla yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur
ABŞ Prezidenti Donald Tramp hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə soyuq yanaşır. ABŞ lideri bu barədə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşün nəticələrinə dair “Fox News” telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən danışıb. “Bu gün baş verənlərə görə düşünürəm ki, indi bunu düşünməyimə ehtiyac yoxdur”, – deyə o bildirib. “Bilirsiniz, […]
Rusiya “Tramp marşrutu”nda Ermənistanı dəstəkləyir
“Əgər İrəvan “Tramp marşrutu”nun yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir”. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. “Biz bu müstəvidə məlum məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan hesab edirsə ki, bu onlar üçün faydalıdır, təbii ki, biz də Ermənistanı dəstəkləyirik”, – deyə […]
İlham Əliyev Konqo Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev konqolu həmkarı Deni Sassu Nqessoya təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Konqo Respublikasının müstəqilliyinin 65-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan ilə Konqo arasında münasibətlərin yüksələn xətt üzrə […]
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
Avqustun 14-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27 manat civarında dəyişib. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində […]
Bakının 3 rayonunda qaz olmayacaq
Bu gün Bakının 3 rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Məlumata görə, saat 10:00-dan etibarən paytaxtın Sabunçu, Suraxanı və Qaradağ rayonları ərazisindəki qaz xətlərində aparılacaq təmir-quraşdırma işlərilə əlaqədar qaz təchizatı dayandırılacaq. Sabunçu rayonu üzrə C.Şərifov, E.Mehtiyev, İ.Əfəndiyev, Q.Musabəyov, X.Natavan, […]
Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start verilir
Misli Premyer Liqasında 2025/2026 mövsümünə bu gün start veriləcək. I turun açılış matçında “Karvan-Yevlax” “Qəbələ” ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Misli Premyer Liqası 1-ci dövrə, I tur 15 avqust 17:00. “Karvan-Yevlax” – “Qəbələ”Hakimlər: Əliyar Ağayev, […]