ATƏT-in Minsk qrupu və ona bağlı olan bütün strukturların fəaliyyətinə xitam verilib, onlar tərəfindən vaxtilə qəbul olunmuş qərarlar isə qüvvədən düşmüş və etibarsız elan edilib.Bu barədə ATƏT Nazirlər Şurası tərəfindən qəbul olunan qərarda qeyd edilib.Qərara əsasən, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə avqustun 8-də […]
Ərdoğan və Pezeşkian Çində görüşüb
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB
Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. *** Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Ukraynada sabiq spikerin qətlində şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna Ali Radasının sabiq spikeri Andrey Parubinin qətlində şübhəli bilinən şəxs saxlanılıb. Zəruri istintaq tədbirləri davam etdirilir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat yayıb. “Ukraynanın daxili işlər naziri İqor Klimenko və Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk, Andrey Parubinin qətlində qətldə şübhəli bilinən şəxsin saxlanılması barədə məlumat verdilər”, […]
Prezident Çinə getdi
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfərə gedib.Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının Sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi […]
Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar – FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar. Bununla bağlı Arzu Əliyeva rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımı təqdim edirik:
Taksilərin qiyməti artıb?
Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırdığı deyilir. Bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, “Uber” şirkətində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 4, “Bolt” şirkəti üçün isə 3,50 AZN olub. Qeyd edək ki, daha əvvəl ən yaxın ünvana minimum gediş haqqı 2,50 AZN təşkil […]
İranda Mossada bağlılıqda şübhəli bilinən 8 nəfər həbs edilib
İranda SEPAH-ın kəşfiyyat xidməti İsrailin xarici xüsusi xidmət orqanı Mossadla əlaqəli səkkiz nəfəri həbs edib. Əməliyyat Xorasan Rəzəvi vilayətində keçirilib. Həbs olunanlar ölkə ərazisində strateji əhəmiyyətli obyektlərin və hərbi rəsmilərin yerlərinə dair koordinatları Mossada ötürməkdə ittiham olunurlar.
Sabah 38 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi […]
Bakı-Ağdam qatarına biletlər 3 gün ərzində satılıb
32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb. Avqustın 27-də satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb. Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var. Müasir “Stadler” qatarı bu gün saat 7:10-da Bakıdan Ağdam istiqamətində hərəkətə […]