Pakistanın Bakıdakı səfirliyi Azərbaycanda 27 sentyabr – Anım Günü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib.Paylaşımda deyilir: “Azərbaycanlı qardaş və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Biz Qarabağın azad edilməsində göstərdikləri şücaətə görə əbədi olaraq yaddaşlarda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik”.
Sarkozini 5 il həbsə məhkum edən hakimə qarşı təhdidlər araşdırılır
Fransada məhkəmə işçilərinin həmkarlar ittifaqı keçmiş prezident Nikola Sarkoziyə qarşı hökmün çıxarılmasından sonra sosial şəbəkələrdə hakimin təhdid edilməsi ilə bağlı prokurorluğa şikayət verib. Bu barədə BFMTV telekanalı məlumat yayıb. Şikayətdən sonra iki araşdırma başlanıb, iş İnternetdə nifrətlə mübarizə üzrə Milli İdarəyə göndərilib. Qeyd olunur ki, dövlət vəzifələrində çalışan şəxsləri ölümlə […]
Türkiyə Prezidenti: Qarabağ sonsuzadək Azərbaycandır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Dostumuz, qardaşımız, Can Azərbaycanımızın Anım Günündə böyük bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm. Qarabağ sonsuzadək Azərbaycandır!”
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.Əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub. Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri […]
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. İkinci Şəhidlər xiyabanı bundan sonra Hərbi Memorial Məzarlıq adlanacaq. Qeyd edək ki, Hərbi Memorial Məzarlıqda Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçular, Vətənə xidmətdə xüsusi fərqlənən generallar, zabitlər uyuyur.
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, […]
Türkiyə XİN Anım Günü münasibətilə paylaşım edib
Türkiyə Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “27 sentyabr – Anım Günü münasibətilə Qarabağ uğrunda canından keçmiş Azərbaycanın qəhrəman övladlarının xatirəsini rəhmətlə yad edirik. Davamlı sülhün təmin edilməsi üçün atılan tarixi addımların bu fədakarlıqların mirası kimi bölgəmizdə sabitlik və rifahı təmin edəcəyinə inanırıq. […]
Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri başa çatıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan XİN 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb. Bəyanatda deyilir: “Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür. Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi […]
III MDB Oyunları: Qəbələdə stolüstü tennis və futbol yarışları keçiriləcək
Azərbaycanda təşkil olunan III MDB Oyunları çərçivəsində bu gün növbəti yarışlar keçiriləcək. Qəbələ Olimpiya Kompleksində oğlanlar və qızlardan ibarət stolüstü tennisçilər arasında komanda yarışının final görüşləri, həmçinin fərdi yarışın 1/4 final və yarımfinal görüşləri baş tutacaq. Bu gün həmçinin 16 yaşadək futbolçular arasında qrup mərhələsinin ilk görüşləri keçiriləcək. A qrupunda […]