İyunun 17-də Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı qeyd olunur. Həkimlərin peşə bayramı heç vaxt ölkəmizdə bugünkü qədər aktual olmamışdı. Azərbaycan bütün dünya ilə birgə ümumi bəlaya, COVİD-19 pandemiyasına qarşı mübarizə aparır. Bu pandemiya Azərbaycan səhiyyəsinin real potensialını ortaya qoydu. Yüksək ixtisaslı tibbi personalın və müasir infrastrukturun olması sürətlə inkişaf edən […]
Leyla Əliyevanın təşəbbüsü ilə pulsuz çimərlik istifadəyə verildi – FOTOLAR
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib. Unikal.org xəbər verir ki, təxminən 5 ha sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edilib. Ötən il yaradılmış sözügedən ictimai çimərlikdə daha […]
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Bəhram Bağırzadəyə həsr olunmuş paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İInstagram” səhifəsində Bəhram Bağırzadəyə həsr olunmuş paylaşım edilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: “Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid […]
Hikmət Hacıyev Azərbaycan-Rusiya dövlət sərhədinin Dağıstan istiqamətində baş vermiş hadisəyə münasibət bildirib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisəyə münasibət bildirib. Doğrusöztv.Az -ın məlumatına görə, AZƏRTAC-ın sualını cavablandıran Hikmət Hacıyev deyib: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı […]
Prezident İlham Əliyev səhiyyə işçilərinə fəxri adlar verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Sərəncamla Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilir: “Əməkdar həkim” Abbasova Nəzakət Salah qızı Abdullayev İlyas İdris oğlu Bayramov Əli Əliəsgər oğlu Əsədov Çingiz Daşdəmir oğlu Həsənov […]
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Milli Məclisin növbədənkənar sessiyasının daha bir plenar iclasının vaxtı məlum olub. Doğrusöztv.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, növbəti iclas iyunun 19-da saat 11:00-da baş tutacaq. İclasda 13 məsələ müzakirə ediləcək.
Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib (FOTO)
İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Doğrusöztv.Az bildirir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, videokonfransda Azərbaycan tərəfdən […]
ÜST xəbərdarlıq etdi: “Antibiotik infeksiyanı gücləndirir”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusla mübarizədə antibiotikdən istifadənin zərərlli olduğunu açıqlayıb. Doğrusöztv.Az BİG.AZ -a istinadən xəbər verir ki, ÜST-ün sədri Tedros Adanom Qebreyesus bildirib ki, getdikcə artan bakterial infeksiyalar daha öncə onları müalicə etmək üçün istifadə edilən dərmanlara qarşı əks təsir göstərir: “Koronavirus infeksiyası antibiotik istifadəsinin artmasına səbəb […]
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR – Hələ 5-6 ay…
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bir çox karantin rejimi məhdudiyyətləri götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Qarşıdakı günlərdə rayonlar arası gediş-gəliş bərpa oluna bilərmi? Doğrusöztv.Az BiG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları […]
Sabah hava necə olacaq?
Azərbaycanda iyunun 16-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]