Məşhur UFC ulduzları Bakıya gələcək

Məşhur UFC ulduzları Bakıya gələcək. UFC-nin Şöhrət zalının üzvü və orta çəkidə keçmiş çempionu Maykl Bispinq təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək. Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder iyunun 21-də “Baku Crystal Hall”da baş tutacaq UFC turnirinin rəsmi şərhçiləri olacaqlar. Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi […]

Məktəbdəki monitorinqlə bağlı YENİLİK

“Monitoringin məqsədi yalnız şagirdlərin bilik səviyyəsini ölçmək deyil, eyni zamanda, müəllimlər, proqram tərtibatçıları və təhlil aparan idarəedici orqanlar üçün vacib  məlumatların toplanması və təhlilinin aparılmasıdır. Bu il monitorinq 300 mindən çox şagirdi əhatə edəcək. IV sinif şagirdləri tədris dili və riyaziyyat fənləri üzrə sualları cavablandıracaqlar. VI sinif şagirdləri isə təbiət, […]

Prezidentləri güldürən sürpriz… – Video

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Tədbirin bədii hissəsində maraqlı anlar yaşanıb. Belə ki, Zirvə toplantısında iştirak edən liderlərin süni intellektlə uşaqlıqları canlandırılıb. Onlar tədbir iştirakçılarına öz dillərində salamlarını çatdırıb. Bu isə zalda […]

Milli Məclisdə həkimlərin sertifikasiyası ilə bağlı təklif

”Həkimlərin sertifikasiya imtahanından kəsilməsindən sonra birbaşa işdən çıxarılması doğru deyil”. Bu sözləri deputat Rəşad Mahmudov Milli Məclisdə keçirilən Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında”  qanunlarına dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.  “Onları yenidən imtahana cəlb etmək lazımdır. İmkan vermək lazımdır ki, […]

MM “İstilik təchizatı haqqında” qanun layihəsini I oxunuşda müzakirə edir

Milli Məclisin (MM) bu gün keçirilən növbəti plenar iclasında “İstilik təchizatı haqqında” qanun layihəsi I oxunuşda müzakirə edilir. Sənəd Prezident İlham Əliyevin imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb. Qanun layihəsinə əsasən, istilik təchizatı sektorunda dövlət […]

Culfanın bir sıra kəndlərində qaz olmayacaq

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Report”un yerli bürosu xəbər verir ki, 159 mm boruda sızma aşkar olunduğu üçün təmir işləri görülməsi ilə əlaqədar qaz təchizatı Culfa rayon Xanəgah, Xoşkeşin, Əlincə, Teyvaz, Milax, Ləkətağ, Ərəfsə, Qazançı və Boyəhməd kəndlərində mayın 16-da saat 12:00 […]

Rusiya, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin görüş vaxtı açıqlanıb

Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş İstanbulda saat 12:30-a planlaşdırılıb. Bu barədə “RİA Novosti” Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat yayıb. Mənbə həmçinin bildirib ki, Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü Rusiya nümayəndə heyətinin iştirakı ilə keçiriləcək görüşdən əvvəl baş tutacaq. Bu görüş saat 10:45-də başlamalıdır.