İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb

DogruSozTv Az

Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.Bu barədə Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb. Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında yerləşən bir nəqliyyat vasitəsini hədəf alıb. İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.

Sabah 22 dərəcə isti olacaq

DogruSozTv Az

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bildirilib ki, axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb […]

Maşın su arxına aşdı – Sürücü öldü

DogruSozTv Az

Oktyabrın 24-də Bakı şəhər sakini Koroğlu Pirməmməd oğlu Rzayev Bərdədə qəzaya düşüb. O, “Mitsubishi Pajero” markalı avtomobillə rayonun Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedən kəndarası yolda idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarında olan su arxının içərisinə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı Bərdə RPŞ-də CM-in 263.2-ci maddəsi […]

İlham Əliyev: Azərbaycanla Qazaxıstan arasında siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır

DogruSozTv Az

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Jomar Tokayevlə siyasi təmasların intensivliyinin bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə zəmin yaratdığını bəyan edib. Bu barədə Azərbaycan Prezidentinin Qazaxıstanın milli bayramı – Respublika Günü münasibətilə Kasım-Jomart Tokayevə göndərdiyi təbrik məktubunda deyilir: “Siyasi təmasların intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, […]

Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

DogruSozTv Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların […]

Ağstafada müəllim işdə ölüb

DogruSozTv Az

Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin musiqi müəllimi işdə ölüb. 1984-cü il təvəllüdlü Günel Hüseynova işdə olarkən qəfil səhhəti pisləşib. O, xəsətxanaya çatdırılsa da, onuin həyatını xilas etmək mümkün olmayıb, Faktla bağlı araşdırma aparılır.

BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib

DogruSozTv Az

BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində […]

Bakıda Zəfər Günü münasibəti ilə konsert və atəşfəşanlıq olacaq

DogruSozTv Az

Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq. Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq.