Ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit nəzərə alınmayacaq

Ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit nəzərə alınmayacaq. Doğrusöztv.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni Qərar aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına əlçatanlığının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin tapşırığına əsasən aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması, […]

Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır – MN

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, əksinə Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün […]

Azərbaycan zəfərə yaxınlaşır – Ərdoğan

Azərbaycan tez bir zamanda zəfərə yaxınlaşmaqdadır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, 30 ildir öz torpaqlarından ayrı qalan Azərbaycan xalqı bu torpaqlarını bir-bir azad edir. “Azərbaycandan xoş xəbərlər aldıqca çox qürurlanırıq, sevinirik” – deyə, Ərdoğan vurğulayıb.

Ermənistanın bu gün Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən bildiirlib ki, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur. Bu gün saat 16 radələrində […]

Prezident İlham Əliyev: Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin bir neçə kəndi işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Doğrusöztv.Az Trend – ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham […]

Prokurordan müraciət

Doğrusöztv.Az bildirir ki, Təəsübkeş ziyalımız Prokuror Məmməd Əliyev bütün dövürlərdə olduğu kimi, Vətən müharibəsi dövründə də Ali Baş Komandanimiz İlham Əliyevə sadiqliyini göstərib, oğulları Cavanşir, Ağalar, Heydər Əliyevlərlə birgə bu haqq müharibəmizdə düşmənlə üzbə üz vuruşmaqları haqqda xarici ölkələrdən Prezident İlham Əliyevə müraciət etmişlər.Məni kövrəldən bir məqamə toxunmaq istəyirəm! Hazırda […]

Prezident İlham Əliyev: Xocalının iki kəndi işğaldan azad olunub

Müzəffər Azərbaycan Ordusu Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Doğrusöztv.Az Trend -ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib – Hikmət Hacıyev (VİDEO)

Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Qəbiristanlıqlar vandalizm və barbarlığa məruz qalıb. Doğrusöztv.Az Trend -ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb. O bildirib: “Ermənistanın törətdikləri barədə daha çox faktlar və hərbi […]

Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün Dövlət Komissiyası yaradılıb

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün Dövlət Komissiyası yaradılıb. Doğrusöztv.Az Trend -ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində […]