Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, fevralın 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. […]
Bu il Rusiya-Azərbaycan arasında yeni layihələrin başlanılması gözlənilir
2021-ci ildə yeni Rusiya-Azərbaycan layihələrinin icrasına, xüsusən də Azərbaycanda kənd təsərrüfatı və yol tikinti texnikasının yığılmasının təşkili ilə bağlı işlərin başlanması gözlənilir. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib. Onun sözlərinə görə, ticarət missiyası Rusiya müəssisələrinin Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı layihələrində iştirakına xüsusi diqqət […]
Mübariz İbrahimovun xatirəsi yad edilib
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Bu barədə Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin […]
COVID-19-a yenidən yoluxmanın səbəbi açıqlanıb
Artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa onlar eyni virusa yenidən yoluxa bilər. Unikal.org xəbər verir ki, bunu “RİA Novosti”yə tanınmış infeksionist Yevgeni Timakov söyləyib. O deyir ki, immunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində zəifləyən zaman da təkrar yoluxma mümkündür: “İnsanlar bir neçə […]
Pensiyalar nə qədər artdı?
Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi 11,4 faiz həcmində artırılır. Pensiyaçıları maraqlandıran əsas məsələ isə indeksləşmədən sonra pensiya məbləğlərinin nə qədər olacağıdır. Dogrusoztv.az xəbər verir ki, mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Rövşən Ağayev xatırladıb ki, qanunvericiliyə görə pensiya almaq üçün ya 25 il iş stajın olmalı, yaxud […]
Ukrayna XİN-i Azərbaycanla bağlı paylaşım edib.
Bu gün Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 29 il keçir. Bununla əlaqədar olaraq Ukrayna Xarici İşlər Nazirliyi özünün “Twitter” hesabından paylaşım edib. Xarici işlər qurumu hər iki dövlətin yaxşı dost və strateji tərəfdaş olaraq qaldığını bəyan edib. “Azərbaycan XİN ilə mükəmməl əməkdaşlıqdan zövq alırıq”, – deyə qeyd edilmiş […]
Məşhur “youtuber”dən izləyicisinə jest: Qız istəməyə getdi – FOTOLAR
Məşhur türkiyəli “youtuber” Enes Batur izləyicisinə jest edib. Sosial media fenomeninə izləyicilərindən birindən “əgər qız istəməyə mənimlə gedib söz lentini kəssən, bizi çox xoşbəxt etmiş olarsan”, mesajı gəlib.Mesajdan təsirlənən Batur, hər iki valideynini itirmiş gəncin qız istəmə mərasiminə qatılıb. O, “Instagram” hesabında həmin anları əks etdirən fotoları paylaşaraq “həyatımın ən […]
İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq – Türkiyəli səfir
İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, azad edilmiş ərazilərdə gördükləri mənzərə ibrət götürülməli vəziyyətdir: “Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz […]
Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir – Hikmət Hacıyev (ƏLAVƏ OLUNUB) (VİDEO)
2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi ətrafında təhlükəsizlik mühiti təmin olunub. Doğrusöztv.Az bildirir ki, Trend TV-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cocuq Mərcanlıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı fiziki olaraq Azərbaycanın nəzarətində olsa da, o […]
Diplomatik korpus nümayəndələri Cocuq Mərcanlıda səfərdədir
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cocuq Mərcanlıya gəliblər. Doğrusöztv.Az bildirir ki, Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələri Cocuq Mərcanlıda vəziyyətlə tanış olacaqlar. Daha sonra diplomatlar Cəbrayıl şəhərinə yola düşəcəklər.