Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər […]
Nazir baş leytenantı rəis təyin etdi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Təşkilati inspektor Şöbəsinin inspektoru, polis baş leytenantı İsgəndərov Şirin Ziyadxan oğlu vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin Katibliyinə rəis təyin olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daha iki qurum əlavə edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Geodeziya və Kartoqrafiya Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Paşinyan təşviş içində: Ermənistan Təhlükəsizlik Şurasının təcili iclası keçirildi
Ermənistanın baş naziri Nikol Paşinyan yenə təşvişə düşüb. Erməni KİV-in məlumatına görə, o, Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Toplantıda Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonadakı son vəziyyət müzakirə edilib./Oxu.az
Ermənilərdən azad olunan yüksəkliklərin adları açıqlandı – RƏSMİ
“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”. Bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. “Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”, – […]
Azərbaycan Ordusunun “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib – YENİLƏNİB + VİDEO
Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib. Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayıb. O qeyd edib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni […]
Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək
“İslam dininə aid ibadət yerləri üzrə (məscidlər) elan olunmuş 39 vakant vəzifə içərisində qadın dini ayinlərin icraçısı vakansiyası yoxdur. Ancaq növbəti vakansiya elan edilən zaman bunun da olmasını nəzərdə tuturuq”. Dogrusoztv.az “report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, budəfəki elan […]
Birinci Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmənin DETALLARI AÇIQLANDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.Bu barədə Sonxeber.az-a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, […]
“TikTok”da canlı yayım edən hərbçilər ordu sıralarından çıxarıldılar – FOTO
Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib. Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan […]
Şuşa Rayon İcra Hakimiyyətinin yeri dəyişdirildi
Şuşa Rayon İcra Hakimiyyəti yeni ünvana köçürülüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH bir neçə gün ərzində binanı boşaltmalı olub. Hazırda Şuşa RİH Koroğlu Rəhimov küçəsində yerləşən köhnə binaya qaytarılıb. Onu da xatırladaq ki, binada əvvəllər Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı […]