Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təcili enişə səbəb təyyarənin mühərrikində yaranan nasazlıq səbəb olub. Gürcüstandan qalxdıqdan sonra mühərrikində yaranan nasazlıq səbəbindən Rize vilayətinin Pazar rayonu sahillərində dənizə təcili eniş edən kiçik təyyarədə olan 2 nəfər xilas edilib.
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb. Mətndə deyilir: “Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il […]
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uzaqgörən və […]
Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür
Bulvarın bəlli ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində deyib. Onun sözlərinə görə, dünyada hazırda sürətli ekoloji dəyişçiklər baş verir. “Bu dünyanın hər bir yerind, o cümlədən regionumuzda baş verir. Bunun ən bairz nümunəsi xəzər dənizidir. […]
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində […]
Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhman Nyu-Yorkda Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. Bu barədə Rəhman “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Görüş zamanı tərəflər BMT Baş Assambleyası və Milli Məclis arasında qarşılıqlı əlaqələrin gələcək inkişafı məsələlərini, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuları nəzərdən keçiriblər. […]
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib. Birinci vitse-prezident bununla bağlı “X” sosial media hesabında paylaşım edib.
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,87 dollar və ya 0,81% artaraq 108,18 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 107,31 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta […]
Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq
Bu gün Yasamal, Mingəçevir və Yevlax rayonlarının bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. “Azərişıq”dan verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 9-da Yasamal rayonunda Transformator Məntəqəsində, Mingəçevir və Yevlaxda isə bəzi hava elektrik verilişi xətlərində […]
Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib
Nazirlər Kabineti 5 avqust 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov […]