Nazir: “Azərbaycandakı Olimpiya İdman Komplekslərinin bəzilərinin əsaslı təmirə ehtiyacı var”

Azərbaycandakı Olimpiya İdman Komplekslərinin bəzilərinin əsaslı təmirə ehtiyacı var. Bu barədə jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazirin sözlərinə görə, demək olar ki, bütün rayonlarda Olimpiya İdman Kompleksi var. “Bunlar uzun illər ərzində tikilib. Yeni olmayanlar da var. Ölkə başçısı 28 ildir Milli Olimpiya Komitəsinin rəhbəridir. İlk […]

İran və BƏƏ XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nahyanla telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional hadisələri müzakirə etdilər. Məlumatı İranın Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluqlarını ifadə edərək qarşılıqlı maraq doğuran […]

Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib

NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq […]

Azərbaycan Premyer Liqası: 16 turda 16 böyükhesablı nəticə qeydə alınıb

Misli Premyer Liqasının 2025/2026 mövsümündə indiyədək baş tutan 16 tur ərzində 16 böyükhesablı nəticə qeydə alınıb. Meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib. 10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan-Yevlax”ın belə uğuru yoxdur. “Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” […]

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

29-30 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib. Qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub. Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib. Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik […]

Bakının Bakıxanov küçəsində darboğaz effekti aradan qaldırılıb

Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə icra olunub. Küçədə hərəkət zolaqlarının nişanlanması yekunlaşıb. Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində darboğaz effekti aradan qaldırılıb, hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.

Ukraynada deputatların da olduğu cinayətkar qrup ifşa edilib

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) deputatların da daxil olduğu cinayətkar qrupu ifşa edib. Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu məlumat yayıb. İstintaq məlumatına görə, qrupun üzvləri Ukrayna Ali Radasında səsvermə üçün müntəzəm olaraq qanunsuz qazanc əldə ediblər.

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il şənliyi – FOTO 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlar üçün Yeni il şənliyi təşkil olunub. Bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu […]