Agentlik sədri: Qeyri-qanuni genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunub

“Bilirsiniz ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur ki, bunlar da təbii olaraq sutoplayıcı funksiyalara malikdir. Amma 2014-cü illə 2025-ci illər arasında burada bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunmuş, tikintilər aparılmışdır”. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur […]

Prezident: Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib

İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib. Dövlətimizin […]

Milli Məclisin yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək

Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək. Parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq. Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib. Xatırladaq ki, Milli Məclisin deputatlarının tətil müddəti […]

MEDİA-nın yaradılmasından 5 il ötür

1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst […]

Dünya bazarlarında neftin qiyməti artlr

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin mart müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 63,39 ABŞ dolları təşkil edib. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,37% artaraq 59,16 ABŞ dollarına bərabər […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. […]

Şamaxıda zəlzələ olub

Pirqulu stansiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ yerli vaxtla saat 03.07-də baş verib. 3 maqnitudalı zəlzələ ocağının dərinliyi 8 kilometr olub. Zəlzələ hiss olunmayıb.

Tramp İran nümayəndələri ilə görüşə bilər

ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə bilər. Bu barədə “Reuters“ Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, yanvarın 10-da İran rəhbərliyinin nümayəndələrinin görüşlə bağlı Trampla telefon danışığı baş tutub. “Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunmaq üzrədir. İrandan […]

İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib. Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb. Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.